Icma.az
close
up
RU
Putinin Bakı və İrəvanla bağlı böyük qorxusu: Brayza sirləri açdı

Putinin Bakı və İrəvanla bağlı böyük qorxusu: Brayza sirləri açdı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dünən Düşənbədə keçirilən görüşü Azərbaycan-Rusiya münasibətlərində gərginliyin azalmasını istəyənlər üçün çox uğurlu hesab edirəm”.

Bu fikirləri oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşü Globalinfo.az-a şərh edən ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, Vaşinqtonun Bakıdakı sabiq səfiri Metyu Brayza səsləndirib.

M. Brayza qeyd edib ki, prezident Putin ilk dəfə olaraq Qroznı səmasında AZAL aviaşirkətinə məxsus təyyarənin vurulmasına görə kimin məsuliyyət daşıdığı ilə bağlı araşdırmanın tezliklə yekunlaşacağını açıqladı:

“O, Rusiyanın təzminat ödəyəcəyini də deyib. Daha əvvəl o, təyyarənin vurulmasında Rusiya hərbi qüvvələrinin rəsmi şəkildə hər hansı iştirakının olduğunu inkar etməyə çalışırdı. İndi isə deyir ki, təyyarə hava hücumundan müdafiə sistemi tərəfindən açılan atəş nəticəsində qəzaya uğrayıb. Beləliklə, prezident Putin nəhayət, baş verənləri etiraf edib.
Düşünürəm ki, əgər həqiqətən də istintaq başa çatsa və Rusiya hökumətində kimsə faciəyə görə məsuliyyət daşıyarsa, o zaman Prezident Əliyev özünə qarşı hörməti hiss edəcək və biz çox güman ki, Azərbaycan-Rusiya münasibətlərinin müsbət irəliləməsini və yaxşılaşdığını görəcəyik.

Başqa hallarda Rusiyanın bu gərginliyə cavab olaraq hərbi təcavüzə əl ata biləcəyi ehtimalı ilə qətiyyən razı deyiləm. İlk növbədə günahkar prezident Putindir. Burada yeni olan odur ki, prezident Putin Azərbaycana və prezident Əliyevə hörmət göstərmək qərarına gəlib və açıq şəkildə gərginliyin səviyyəsini azaltmağa çalışır. Düşünürəm ki, prezident Əliyev buna uyğun cavab verəcək.

Azərbaycan Rusiya üçün həmişə önəmli olub. Prezident Putin bilir ki, indiki məqamda həm Azərbaycan, həm də Ermənistan getdikcə daha çox ABŞ və Avropaya meyl edir. Ola bilsin ki, öz təsirini qoruyub saxlamaq üçün Azərbaycana daha hörmətlə yanaşmalı olduğunu başa düşüb”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri