Icma.az
close
up
RU
Putinin Bakıya zəngində diqqətçəkən məqam: Prezident bunu vurğuladı

Putinin Bakıya zəngində diqqətçəkən məqam: Prezident bunu vurğuladı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlı verməsi və üzr istəməsi ictimaiyyətdə müsbət dəyərləndirilib. Həmçinin Kreml məsələ ilə bağlı Rusiyada cinayət işinin açıldığını və araşdırma aparıldığını qeyd edib.

Belə bir vəziyyətdə rəsmi Bakının hadisəyə operativ reaksiyası, dövlət başçısının qətiyyəti, prinsipiallığı, çevik addımların atılması dünya mətbuatında xüsusi vurğulanıb.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəylinin sözlərinə görə, Vladimir Putinin Azərbaycan Prezidentinə zəng edərək təyyarənin Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını dilə gətirməsi çox müsbət addımdır:

“Əslində, hadisənin mahiyyəti və hüquqi aspektləri, Azərbaycanın ədalətli və prinipial mövqeyi, həmçinin ölkəmizlə Rusiya arasındakı münasibətlərin mövcud durumu fərqli bir yanaşmanın sərgilənməsinə imkan vermirdi. Şübhəsiz, Prezident İlham Əliyevin Vladimir Putinlə telefon danışığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalması və bundan sonra baş verən bütün cinayət tərkibli məsuliyyətdən yayınmaq cəhdləri ilə bağlı məqamlara toxunması bir daha dövlətimizin başçısının ölkəmizin milli maraqları, vətəndaşlarımızın hüquqları ilə bağlı qətiyyətli mövqeyini ifadə edir.


Elçin Mirzəbəyli

Telefon söhbəti zamanı dövlət başçılarının bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması ilə bağlı müzakirə aparmaları isə qarşılıqlı münasibətlərin səviyyəsindən xəbər verir. Liderlərin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulamaları, Azərbaycan və Rusiya rəhbərləri arasındakı etimadlı münasibətlərin göstəricisi kimi dəyərləndirilməlidir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri