Icma.az
close
up
RU
Putinin üzr zəngində 2 vacib məqam: Ukraynaya ehyam…

Putinin üzr zəngində 2 vacib məqam: Ukraynaya ehyam…

Icma.az, Axar.az saytına istinadən bildirir.

Putinin təyyarənin vurulmasına görə Əliyevə üzrxahlıq zəngindən sonra iki məsələ müzakirə mövzusuna çevrilib:

1. Rusiya təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürmədi;

2. Günahkarların cəzalandırılması və kompensasiya məsələsi gündəmdə deyil.

Və bu kontekstdə Putinin üzrxahlığı ictimai rəydə birmənalı qarşılanmır.

Əslində Rusiya nəinki məsuliyyəti üzərinə götürmək və digər məsələlərdə, ümumiyyətlə üzrxahlıqda da maraqlı deyildi. Sadəcə olaraq, fakt qarşısında qaldı və bunda iki məqam xüsusilə rol oynadı: rəsmi Bakının məsələnin üzərinə getməsi və Rusiya üçün Azərbaycanla münasibətlərin mənfi məcraya yönəlməsinin ziyanlı perspektivləri.

Mövcud situasiyada Rusiyanın məsuliyyəti üzərinə götürməməsinə texniki aspektdən yanaşmaq olar. Çünki təyyarənin vurulması ilə bağlı istintaq gedir və Moskva yekun nəticə olmadan məsuliyyəti üzərinə götürmək niyyətində deyil. Nəticənin müəyyən qədər də olsa öz maraqlarına uyğunlaşdırmağa, xüsusilə Qroznıya PUA hücumu edən Ukraynanın ittiham altında qoyulmasına cəhd edəcəkləri də istisna edilməməlidir.

- Putinin Əliyevə zəngi ilə bağlı Kremlin rəsmi məlumatındakı “Təyyarə dəfələrlə Qroznıya enməyə cəhd edib, lakin Çeçenistan paytaxtı, eləcə də Mozdok və Vladiqafqaz şəhərləri PUA hücumuna məruz qalıb, Rusiya hava hücumundan müdafiə sistemləri hücumları dəf edib” qeydi,

- Putinin Əliyevdən sonra Tokayevə zəngi və “araşdırmanın şəffaf və obyektiv aparılmasına dair razılıq əldə olunması” Moskvanın Kiyevi günahkar göstərmək, yaxud yekunda ən azı məsuliyyəti bölüşdürmək niyyətindən xəbər verir.

Lakin artıq təyyarənin “duman”, yaxud digər uydurma səbəblərə görə qəzaya uğraması iddiasından əl çəkən Rusiya vurulma faktı ilə razılaşır. Putinin “sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması” qeydi də bunun etirafıdır. Bu baxımdan, “hadisənin Rusiya səmasında baş verdiyi üçün üzr istəyən” Putin məsuliyyəti qəbul edir, hərçənd, Ukraynanı da günahlandıra bilmək ümidi ilə istintaqın yekununu gözləyir.

Günahkarların cəzalandırılması məsələsində də müəyyən addımların atıldığını demək mümkündür.

1. Rusiyada Cinayət Məcəlləsinin 263-cü (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi açılıb;

2. Çeçenistana gedən Azərbaycan Baş Prokurorluğunun əməkdaşları rusiyalı prokurorlarla birlikdə istintaqda iştirak edir.

Kompensasiya məsələsi isə bütün prosesin yekununda – istintaqın nəticəsindən sonra aktuallaşacaq.

Təbii ki, Rusiya bunların heç birində maraqlı deyil, lakin istəməsələr belə, üzrxahlıq etməyə məcbur oldularsa, günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsini də qəbul edəcəklər.

Bakı istintaqın gedişini nəzarətdə saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Dekabr 2024 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri