Icma.az
close
up
RU
Putinin daim düşündüyü varisi Adlar MƏLUMDUR

Putinin daim düşündüyü varisi Adlar MƏLUMDUR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putinin varisi məsələsi yenidən müzakirə edilməyə başlanılıb. Müzakirələrin yenidən qızışmasına səbəb Putinin Rusiya mətbuatına bu barədə verdiyi açıqlama olub.

O qeyd edib ki, daim varisi barədə düşünür, lakin yekun seçimi xalq etməlidir. Putin deyib ki, ölkənin gələcəyini etibar etmək mümkün olan bir neçə şəxs önə çıxmalıdır. “Əgər namizədə xalqın etimadı yoxdursa, o zaman belə adam ciddi bir iş görə bilməz”, – Putin bildirib.

Jurnalist Pavel Zarubinin sualını cavablandıran Putin qeyd edib ki, o, daim potensial varisləri izləyir və onların keyfiyyətlərini qiymətləndirir.

Modern.az-ın məlumatına görə, Rusiya lideri konkret ad çəkməsə də, siyasi dairələrdə və beynəlxalq mətbuatda müxtəlif şəxslərin adı potensial varis kimi hallanır.

Ekspertlərə görə, Kremldə bu məsələ ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilir.

Adları çəkilən ilk şəxslərdən biri Aleksey Dyumindir. O, Putinin keçmiş şəxsi mühafizəçisi, Krımın ilhaqında iştirak edib və sonradan Tula vilayətinin qubernatoru olub. Hazırda Dövlət Şurasının katibi olan Dyumin siyasi və təhlükəsizlik dairələrində ciddi fiqur kimi qiymətləndirilir.

İkinci potensial namizəd isə Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevdir. Keçmiş FSB rəhbəri olan Patruşev sərt xətt tərəfdarı kimi tanınır və Qərbə qarşı düşmən mövqeyi ilə seçilir. Onun oğlu Dmitri Patruşevin də adı bu kontekstdə tez-tez hallanır. O, hazırda baş nazirin müavini postunu tutur və kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərib.

Kreml daxilində ideoloji nəzarətə görə məsul şəxslərdən biri Sergey Kiriyenkodur. O, prezident administrasiyasının rəhbərinin birinci müavinidir və uzun illərdir Kremlin informasiya siyasətinə yön verir. Ekspertlər onun idarəçilik təcrübəsini və sistemə sadiqliyini önə çəkirlər.

Baş nazir Mixail Mişustin də adları çəkilənlər sırasındadır. Onun texnokrat imici, iqtisadi idarəetmə təcrübəsi və siyasətdən uzaq durması bir tərəfdən üstünlük sayılsa da, xalq arasında populyarlıq baxımından zəif görünür.

Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov da uzun müddətdir hakimiyyətin əsas simalarından olsalar da, onların yaşı və son illərdəki fəaliyyətləri varislik ehtimalını zəiflədir.

Analitiklər qeyd edir ki, Putinin varisi yalnız siyasi bacarıqlara deyil, həm də şəxsi etimada və sistemə bağlılığa görə seçiləcək. 2000-ci ildən bu yana Putinin bu məsələdə ehtiyatla davrandığı və mümkün alternativləri illərlə müşahidə etdiyi məlumdur.

Bəzi şərhçilər hesab edir ki, Putin son anda gözlənilməz bir fiquru da irəli çəkə bilər – 2000-ci ildə Yeltsinin Putini seçməsi kimi. Buna görə də hazırkı proses həm Rusiya daxili, həm də beynəlxalq siyasət üçün diqqətlə izlənir.

Putinin hazırkı prezidentlik müddəti 2030-cu ildə başa çatacaq. Onun yenidən namizəd olub-olmayacağı, yaxud nə vaxt və necə siyasi səhnədən çəkiləcəyi hələlik qeyri-müəyyən qalır.

Lakin bir məsələ aydındır: Rusiya lideri varis məsələsini yalnız şəxsi istəyə deyil, həm də sistemin sabitliyinə əsaslanaraq həll etməyə çalışır. Prosesin davamı gələcək illərdə Kremlin strateji qərarları ilə müəyyənləşəcək.

Elnur Əmirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 May 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri