Icma.az
close
up
RU
Putinin dəhşətli yuxusu : ISW Tomahawk ların çatacağı məsafəni qiymətləndirdi

Putinin dəhşətli yuxusu : ISW Tomahawk ların çatacağı məsafəni qiymətləndirdi

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Rusiya lideri Vladimir Putin ‘‘Tomahawk’’ raketlərinin Ukraynaya göndərilməsinin qarşısını almaq üçün Tramp administrasiyasına müxtəlif ritorik üsullarla təzyiq göstərir. 

Qaynarinfo xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) yazdığına görə, onun narahat olmaq üçün ciddi səbəbləri var.

Putin bəyan edib ki, ABŞ-ın ‘‘Tomahawk’’ raketlərini Ukraynaya göndərməsi ‘‘ABŞ-Rusiya münasibətlərində yaranmağa başlayan müsbət tendensiyanın məhv olmasına gətirib çıxaracaq’’. Bundan əvvəl o, ABŞ hərbçilərinin guya Ukraynanın ‘‘Tomahawk’’ zərbələrində birbaşa iştirak edəcəyini söyləmiş, bu hücumların ‘‘eskalasiyanın yeni mərhələsi’’ olacağını, lakin cəbhədə vəziyyəti dəyişməyəcəyini iddia etmişdi.

"Putin görünür, müxtəlif yanaşmaları sınayır – ikitərəfli münasibətlərin pisləşməsi ilə hədələməkdən tutmuş raketlərin effektivliyini kiçiltməyə qədər – məqsəd isə ABŞ-ın qərarvermə prosesinə təsir göstərməkdir”, – deyə ISW hesabatında qeyd olunur. Analitiklərin fikrincə, Kreml ABŞ-ın Ukraynaya ‘‘Tomahawk’’ raketləri verməsinin qarşısını almağa çalışır, çünki bu raketlər Rusiyanın arxa cəbhəsindəki nisbətən təhlükəsiz zonaları artıq qoruyub saxlaya bilməzdi.

ISW-nin analitikləri bildirirlər ki, Ukrayna hazırda uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın arxa bölgələrinə zərbələr endirə bilir, lakin bu dronların daşıma qabiliyyəti məhduddur və xüsusi hərbi obyektləri məhv etmək üçün yetərli deyil. Əgər Ukrayna böyük döyüş başlığına malik raketlərlə Rusiyanın dərin arxa cəbhəsinə zərbələr endirə bilsə, bu, Moskvanın mühüm hərbi infrastrukturuna ciddi zərbə vurar və bəzi obyektləri tamamilə sıradan çıxara bilər. Məsələn, Tatarıstanın Yelabuga şəhərindəki ‘‘Şahed’’ dron zavodu və Saratov vilayətindəki ‘‘Enqels-2’’ aviabazası kimi obyektlər bu kateqoriyaya daxildir.

ISW-nin qiymətləndirməsinə görə, 2500 kilometr məsafəyə uçan ‘‘Tomahawk’’ raketlərinin radiusu daxilində azı 1945 Rusiya hərbi obyekti, 1600 kilometrlik versiyasının isə 1655 obyekti yerləşir. Hesabatda vurğulanır ki, bu raketlər Ukraynaya Rusiya ordusunun cəbhə xəttindəki döyüş qabiliyyətini ciddi şəkildə zəiflətmək imkanı verərdi, çünki Ukrayna logistik dəstək və təminatla məşğul olan arxa zonalara zərbə endirə bilərdi.

Eyni zamanda, ISW xatırladır ki, Ukrayna artıq 3000 kilometr uçuş məsafəsinə və 1150 kiloqramlıq döyüş başlığına malik öz qanadlı raketi — FP-5 "Flaminqo”nun kütləvi istehsalına başlayıb. Lakin bu sistem hələ sınaqdan keçirilməyib və istehsalın genişlənməsi üçün zamana ehtiyac var.

Qeyd edək ki, ABŞ Ukraynaya ‘‘Tomahawk’’ qanadlı raketlərinin verilməsi imkanını nəzərdən keçirir. Bu barədə yekun qərarı ABŞ prezidenti Donald Tramp verməlidir.

Mediada yayılan məlumatlara görə, ‘‘Tomahawk’’ raketlərinin Ukraynaya ötürülməsi müharibənin gedişatını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri