Putin “Tomahawk” raketlərinin Ukraynaya verilməsinin qarşısını almağa çalışır ISW
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Ukraynaya “Tomahawk” tipli qanadlı raketlər verməsinin qarşısını almaq üçün müxtəlif yollarla təzyiq göstərməyə çalışır.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilir.
Qeyd olunur ki, Putin Vaşinqtonu qərarından daşındırmaq və münaqişə ilə bağlı müəyyən güzəştlər əldə etmək məqsədilə müxtəlif vasitələrdən istifadə edir. O, həm ikitərəfli münasibətlərin pisləşəcəyi ilə hədələyir, həm də Qərb silahlarının effektivliyini şübhə altına alır.
“ISW” analitiklərinin xatırlatdığına görə, Kremlin bu cür arqumentləri əvvəllər də səslənib. Belə ki, Ukraynaya “ATACMS” raketlərinin, “F-16” qırıcılarının və “Abrams” tanklarının verilməsi müzakirə edilərkən də oxşar bəyanatlar müşahidə olunub.
Hesabatda, həmçinin “Tomahawk” raketlərinin Ukrayna ordusu üçün mümkün effektivliyi barədə qiymətləndirmələrə yer verilib. Məlumata əsasən, uçuş məsafəsi 2,5 min kilometrədək olan modifikasiyalar azı 1 945, 1 600 kilometr məsafəli modifikasiyalar isə azı 1 655 rus hərbi obyektini vura bilər.
Lalə, Bakupost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 06 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















