Putinin hədəsi Avropanı ayağa qaldırdı Müharibə ssenarisi işə düşür?
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Sülh danışıqlarının davam etdiyi bir dövrdə Rusiya Prezidenti Vladimir Putindən növbəti sərt xəbərdarlıq gəlib. Kremlin rəhbəri Rusiyanın “tarixi torpaqlarını” zərurət yaranacağı təqdirdə hərbi yolla geri alacağını bəyan edib. Ukraynanın suveren ərazilərini işğal edən Moskvanın bu iddiası yeni suallar doğurur.
Qeyd edək ki, 17 dekabrda Rusiya sərhədçiləri Estoniya ərazisinə daxil olub və təxminən 20 dəqiqə orada qalıb. Bu barədə Estoniya hakimiyyəti məlumat yayıb. Telegram kanallarının yazdığına görə, qanun pozuntusu quruda, Narva çayının o tayındakı Estoniya ərazisinin kiçik bir hissəsində baş verib. Estoniya daxili işlər nazirinin sözlərinə görə, bunun qəza, yoxsa qəsdən törədilmiş təxribat olduğu hələlik məlum deyil. Ərazidə sərhəd patrulları gücləndirilib.
Rusiya üçün “tarixi torpaq” anlayışı hansı coğrafiyaları əhatə edir və bu ritorika postsovet məkanında yeni təhlükə ocaqlarının yaranmasına yol aça bilərmi?
Moderator.az-a danışan irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib ki, son dövrlərdə Avropa ölkələrində Rusiyanın öz ərazilərini genişləndirmək məqsədilə fərqli istiqamətlərdə yeni hücumlara hazırlaşdığı barədə narahatlıqlar artmaqdadır:
“Lakin bu iddialar mövcud reallıqlarla üst-üstə düşmür. Rusiyanın hərbi və demoqrafik imkanları bu cür genişmiqyaslı işğal planları üçün yetərli deyil. Ukrayna nəhəng bir ərazidir və tarixən bu torpaqların nəzarətə götürülməsi Sovet ordusunun milyonlarla əsgəri sayəsində mümkün olmuşdu. Müasir Rusiyanın vəziyyəti isə Stalin dövrü SSRİ-sindən köklü şəkildə fərqlənir. Hazırda Rusiya Federasiyası SSRİ ilə müqayisədə qat-qat az canlı qüvvəyə malikdir. Müasir iqtisadiyyat və resurslar uzunmüddətli və çoxşaxəli işğal prosesini dəstəkləmək gücündə deyil. Moskva üçün əsas hədəf bütün Avropanı və ya Ukraynanın tamamını zəbt etmək deyil. Ruslar Krımı və Donbası öz tarixi torpaqları hesab edirlər, çünki bu ərazilərdə etnik ruslar sıx məskunlaşıb. Digər ərazilərin işğalı isə Rusiya üçün həm siyasi, həm də hərbi baxımdan real görünmür".
Politoloq hesab edir ki, Vladimir Putinin əsas strategiyası genişlənməkdən çox, mövcud qazancları qorumaq üzərində qurula bilər:
"Əgər Putin ABŞ prezidenti Donald Trampla müəyyən bir razılaşma əldə edə bilsə, o, bu fürsəti qaçırmayacaq. Rusiyanın əsas məqsədi əldə etdiyi mövqeləri möhkəmləndirmək olacaq. Unutmaq olmaz ki, Şərqi Ukraynanı yenidən qurmaq və oranın müdafiəsini təmin etmək Rusiya üçün onsuz da böyük yükdür. Bu şərtlər daxilində Rusiyanın digər coğrafiyalara doğru genişlənməsi fiziki cəhətdən qeyri-mümkündür”.
Mehin Mehmanqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:15
Bu xəbər 19 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















