Icma.az
close
up
RU
Putinin SSRİ ideyası Avropanı silkələyir...

Putinin SSRİ ideyası Avropanı silkələyir...

Icma.az, Sia Az saytına istinadən bildirir.

Mətləb Salahov: "Almaniya Kanslerinin iddiaları həqiqətdirsə, o zaman Rusiya-Avropa müharibəsi qapıdadır"

"Artıq Rusiya və Avropa Birliyi arasındakı münasibətlər açıq düşmənçilik həddinə çatıb. Bu münasibətləri "Qoca qitə" ilə ABŞ Administrasiya arasındakı münasibətlərə də şamil etmək olar. Çünki həm Vladimir Putin, həm də Donald Tramp bir sıra həlledici məsələlərdə birgə hərəkət etməklə Avropa İttifaqı üçün hədəf halına gəliblər. Artıq iş o yerə çatıb ki, Almaniya Kansleri Fridrix Merz açıq şəkildə V.Putinin Ukraynada dayanmayacağını, keçmiş SSRİ sərhədləri çərçivəsində Avropa ilə "çəpər çəkməyi" planlaşdırdığını deyir. Almaniya Kanslerinin iddiaları həqiqətdirsə, o zaman Rusiya-Avropa müharibəsi qapıdadır.
Üstəgəl nəzərə alsaq ki, hazırkı ABŞ hakimiyyəti də əvvəlki vaxtlardan tam fərqli olaraq Qərbin deyil, məhz Rusiyanın yanındadır, o zaman vəziyyətin kritik həddə olduğu aşkar ortadadır."
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırkı siyasi mənzərə onu göstərir ki, D.Tramp Avropanı Rusiyanın "qucağına atır". "Diqqət edin: D.Tramp Ukrayna müharibəsini vəd etdiyi kimi heç cürə bitirə bilmir. Çünki V.Putin məsələnin məhz onun dediyi şərtlərlə yekunlaşmasını istəyir. Kreml sahibinə müqavimət göstərə bilməyən D.Tramp var gücü ilə Volodimir Zelenskini və Avropa liderlərini də müharibəni məhz V.Putini dediyi şərtlər daxilində bitirməyi təklif edir. Lakin Avropa liderləri anlayırlar ki, bu proses baş versə, o zaman Rusiyanı dayandırmaq mümkünsüz olacaq. Çünki məhz Moskvanın şərtləri ilə reallaşacaq həll variantı Rusiyanı növbəti hədəflərə həvəsləndirəcək. Üstəlik Ukraynanın NATO-ya üzv olmayacağı barədə Aİ rəhbərlərinin bəyanatları da eşidilməyə başlayıb. Lakin Ukrayna həm də Avropa üçün Rusiya ilə ikinci "Berlin divarı" halına da gəlib. Bu, günün reallığıdır. Əgər Avropanın təhlükəsizliyini nəzərə alan müddəalar olmasa, Ukraynada müharibə bitməyəcək və bu da o deməkdir ki, Avropa-Rusiya müharibəsi də yavaş-yavaş qapıya yaxınlaşır".

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri