Icma.az
close
up
RU
Putinin iqamətgahı ətrafındakı sirr: hücum, yoxsa bəhanə?

Putinin iqamətgahı ətrafındakı sirr: hücum, yoxsa bəhanə?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti ilə görüşündən qısa müddət sonra Kreml ittiham irəli sürüb. İddia olunur ki, guya ukraynalılar Vladimir Putinin iqamətgahına 91 pilotsuz uçuş aparatı ilə hücum etməyə cəhd ediblər. Moskva Ukraynanın bununla “terror aktı” törətdiyini, eyni zamanda sülh danışıqlarını sabotaj etdiyini və Donald Trampı məsxərəyə qoyduğunu iddia edir. Zelenski isə bu ittihamları “yalan” və “cəfəngiyyat” adlandırıb.

Globalinfo.az xəbər verir ki, “BILD” nəşrinin hərbi icmalçısı Yulian Röpke ukraynalıların bu cür hücumlarda maraqlı olduğuna şübhə ilə yanaşır. Onun sözlərinə görə, müharibə dövründə Ukrayna dronunun Kremlə yeganə zərbəsi 2023-cü ilin mayında baş verib. Həmin vaxt dronlardan biri Kreml günbəzlərindən birində partlayıb.

Röpke bildirir ki, Zelenski bu insidentdən narazı qalıb:

“Bizim məlumatımıza görə, bunu həyata keçirən bölmə ciddi problemlərlə üzləşdi. İki ölkə arasındakı düşmənçiliyə baxmayaraq, Kremlə, Prezident Administrasiyasına, Radaya və ya Dumaya — yəni hər iki parlamentə hücum etməmək barədə qeyri-rəsmi razılaşma mövcud idi”.

Rusiya iddia edilən hücumla bağlı heç bir sübut təqdim etməyib. Müstəqil “Mojem obyasnit” nəşrinin jurnalistləri Putinin iqamətgahının yerləşdiyi Valday şəhərində 14 sakinlə danışaraq, onların dron hücumu ilə bağlı hər hansı əlamət görüb-görmədiklərini soruşublar. Cavab isə mənfi olub. Nə SMS xəbərdarlıqları, nə dron səsləri, nə partlayışlar, nə də HHM sistemlərinin işləməsi ilə bağlı səslər eşidilib.

“Gecə heç bir səs-küy olmayıb. Heç nə. Əgər belə bir hadisə baş versəydi, bütün şəhər bundan danışardı”, — deyə sakinlərdən biri bildirib.
Yulian Röpke Ukrayna rəhbərliyinin mövqeyini bölüşərək ehtimal edir ki, Moskva Putinin iqamətgahına hücumla bağlı sübutsuz ittihamları Kiyevdəki hökumət binalarına zərbələr endirmək üçün bəhanə kimi istifadə edə bilər. Onun fikrincə, Rusiya danışıqlarda deyil, eskalasiyada maraqlıdır:

“Məncə, ruslar Ukraynanın belini bütün səviyyələrdə sındırmaq üçün fürsət gördüklərini düşünürlər. Onlar eyni anda hər yerdən hücum etməyə çalışırlar. Ukraynalıların xeyli zəiflədiyini, ordunun ölkənin bir çox bölgəsində mövqeləri saxlaya bilmədiyini görürlər”.

“BILD”in hərbi icmalçısı Moskvanın mümkün məntiqini belə izah edir:

“Bəli, Zelenskinin Trampın yanında olması maraqlı görünə bilər. Amma əsas məsələ odur ki, hazırda genişmiqyaslı hərbi kampaniya aparılır. Bu kampaniya ən azı ilhaq edilmiş ərazilərin tam ələ keçirilməsi ilə nəticələnməlidir. Əgər hər şey yaxşı gedərsə, Ukraynanın ikinci yarısını da niyə ələ keçirməyək?”

Kremlin bu motivasiyasını gücləndirən arqument kimi Putinin son açıqlaması göstərilir. O bildirib ki, artıq Ukrayna qoşunlarının Donbasdan çıxarılması ilə maraqlanmır, çünki Rusiya bu ərazini istənilən halda ələ keçirəcək.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri