TƏCİLİ! Putinin iqamətgahı yaxınlığında ŞOK KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya ərazisində strateji obyektlərin və rəhbər şəxslərin təhlükəsizliyinin gücləndirilməsi istiqamətdə növbəti addım atılıb. Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı rəsmi iqamətgahının yaxınlığında dronlara qarşı xüsusi müdafiə sistemləri yerləşdirilib.
KONKRET.az xəbər verir ki, Rusiyanın Novqorod vilayətindən keçən “M-10” federal avtomobil magistralında, Valday şəhəri yaxınlığında yerləşən yük avtomobillərinin parklanma zonalarının üzərində antidron şəbəkələri quraşdırılıb. Sözügedən qoruyucu konstruksiyaların yerləşdiyi ərazi Rusiya lideri Vladimir Putinin Valdaydakı məşhur iqamətgahından cəmi 9 kilometr məsafədədir.
Rusiyanın müstəqil “Agentstvo” nəşrinin yaydığı məlumata görə, bu tipli xüsusi qoruyucu şəbəkələr hazırda döyüş əməliyyatları zonasında hərbi texnika və strateji binaların mühafizəsi üçün aktiv şəkildə tətbiq olunur. Bu mühəndis konstruksiyaları mühüm obyektləri kiçikölçülü pilotsuz uçuş aparatlarının (PUA) birbaşa zərbələrindən, eləcə də dronların yuxarıdan atdığı müxtəlif növ partlayıcı sursatlardan qorumaq məqsədi daşıyır. Ekspertlər bu addımı Ukrayna PUA-larının Rusiya daxilindəki hədəflərə, o cümlədən logistik qovşaqlara artan hücum təhdidləri ilə əlaqələndirirlər.\\nocomment.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 İyun 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















