Putinin iqamətgahına hücumuna cavabımız diplomatik olmayacaq
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın prezident Vladimir Putinin dövlət iqamətgahına hücumuna Rusiyanın cavabı diplomatik olmayacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın diplomatik cavabına ümid etməməlidir.
“Qoy, Kiyev ümidlənməsin”, – Rusiya XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov Ukrayna qüvvələrinin dekabrın 29-da Putinin Novqorod vilayətindəki iqamətgahına PUA zərbələri endirməyə cəhd etdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə sistemləri 91 pilotsuz uçuş aparatını vurub. Vəziyyəti şərh edən Lavrov qeyd edib ki, Kiyevin hərəkətləri Moskva tərəfindən cavabsız qalmayacaq. Ukrayna lideri Volodimir Zelenski Putinin iqamətgahına hücumda Ukraynanın iştirakını təkzib edib. O bildirib ki, bu rəsmi Moskvanın ABŞ ilə Ukrayna arasında baş tutan son danışıqlarda əldə olunan razılaşmaları pozmaq cəhdidir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 30 Dekabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















