Putinin köməkçisi: Ukrayna meyitlərin qəbulunu, əsirlərin dəyişdirilməsini qeyri müəyyən müddətə təxirə salıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, 1212 Ukrayna əsgərinin dondurulmuş meyitlərinin ilk partiyası artıq soyuducu yük maşınlarında mübadilə zonasına gəlib, qalanları yoldadır.
Medinski qeyd edib ki, Ukrayna tərəfi gözlənilmədən həm meyitlərin qəbulunu, həm də hərbi əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb:
"Rusiya Kiyevi İstanbulda əldə edilmiş razılaşmalara ciddi əməl etməyə və dərhal hərbi əsirlərin mübadiləsinə başlamağa çağırır. Eyni zamanda, Rusiya mübadilələrə başlamaq üçün “yaralılar, ağır xəstələr və gənclər” kateqoriyasına aid 640 əsirdən ibarət ilk siyahını Ukraynaya verib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















