Putinin Macarıstanın Baş naziri ilə söhbətinin təfərrüatları
Rusiya prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbana Ukrayna ətrafında vəziyyətin hazırkı inkişafı və Kiyevin münaqişənin sülh yolu ilə həlli imkanlarını istisna edən destruktiv xəttinə dair fundamental qiymətləndirmələrini açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Telefon danışığı Macarıstan tərəfinin təşəbbüsü ilə baş tutub. Orban bir sıra Qərb liderləri ilə təmaslarını nəzərə alaraq, Ukrayna böhranının diplomatik yolla həlli yollarının birgə axtarışını təşviq etməkdə maraqlı olduğunu bildirib. Putin və Orban Suriyadakı son hadisələr kontekstində Yaxın Şərq regionundakı gərgin vəziyyəti, xüsusilə enerji sektorunda birgə ticarət-iqtisadi əməkdaşlıqdan danışıblar.
Zərintac Mayisqızı
Missiya.Az