Icma.az
close
up
RU
Putinin məğlubiyyət anonsu verildi: Onu sağ saxladı, ağır zərbə aldı VİDEO

Putinin məğlubiyyət anonsu verildi: Onu sağ saxladı, ağır zərbə aldı VİDEO

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Suriyadakı üsyançıların sürətli hücumu Rusiyanı illərlə Yaxın Şərq, Aralıq dənizi və Afrika qitəsinə təsir üçün istifadə etdiyi strateji obyektindən məhrum edə bilər.

Turkustan.az xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” çıxış edib.

Məlumata görə, bu, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Moskvanı dünya nizamının alternativ lideri kimi təqdim etmək, onun ABŞ dominanatlığına uğurlu mübarizə modeli kimi göstərmək şansını əlindən ala bilər.

Xəbəri videodan da izləyə bilərsiniz:

Karnegi Fondunun əməkdaşı Nikol Qrayevski jurnala açıqlamasında Suriyanı Putin üçün ideoloji layihə adlandırıb. O, indi Rusiya təyyarələrinin Suriyanı tərk etməsinin Moskva üçün dağıdıcı olduğunu söyləyib.

“Putinin köməyi Əsədin sağ qalmasında vacib rol oynayıb. Moskva müttəfiqlərinə göstərmişdi ki, Yaxın Şərqdə Rusiyanın müdaxiləsi xalq ayaqlanmalarının qarşısını almağa kömək edə bilər”.

Qəzet yazır ki, Suriya Rusiya üçün mühüm strateji əhəmiyyətə malik olub. Belə ki, Moskva buradakı Xmeymim bazası ilə Liviya, Mərkəzi Afrika Respublikası və Sudana logistik daşımalarını həyata keçirib.

Qəzetə danışan Vaşinqton İnstitutunun əməkdaşı Anna Borşevski Suriyanın itirilməsinin Rusiya üçün böyük məğlubiyyət olacağını deyib:

“Suriya çox aşağı qiymətə Rusiya üçün böyük üstünlüklər verirdi. Bu ölkənin itirilməsi, ciddi strateji məğlubiyyət olacaq. Bu isə öz təsirini təkcə Yaxın Şərq yox, qlobal səviyyədə göstərəcək”.

Strategiya və Texnologiyaların Analizi Mərkəzinin elmi əməkdaşı Mixail Barabanov isə Moskvanın indi Ukraynaya fokuslandığını, bu səbəbədən Suriyaya sadəcə simvolik dəstək göstərəcəyini bildirib:

“Gündə bir neçə qanadlı raketlə zərbə və ya aviazərbələr situasiyaya təsir etmir. Suriyadakı bütün oyunçular Kremlin Ukraynadakı vəziyyətə dərin cəlbini başa düşürlər və onun imkanlarının məhdud olduğunu bilirlər”. /globalinfo.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Dekabr 2024 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri