Icma.az
close
up
RU
Putinin məğlubiyyət anonsu verildi: Onu sağ saxladı, ağır zərbə aldı

Putinin məğlubiyyət anonsu verildi: Onu sağ saxladı, ağır zərbə aldı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Suriyadakı üsyançıların sürətli hücumu Rusiyanı illərlə Yaxın Şərq, Aralıq dənizi və Afrika qitəsinə təsir üçün istifadə etdiyi strateji obyektindən məhrum edə bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” çıxış edib.

Məlumata görə, bu, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Moskvanı dünya nizamının alternativ lideri kimi təqdim etmək, onun ABŞ  dominanatlığına uğurlu mübarizə modeli kimi göstərmək şansını əlindən ala bilər.

Karnegi Fondunun əməkdaşı Nikol Qrayevski jurnala açıqlamasında Suriyanı Putin üçün ideoloji layihə adlandırıb. O, indi Rusiya təyyarələrinin Suriyanı tərk etməsinin Moskva üçün dağıdıcı olduğunu söyləyib.

“Putinin köməyi Əsədin sağ qalmasında vacib rol oynayıb. Moskva müttəfiqlərinə göstərmişdi ki, Yaxın Şərqdə Rusiyanın müdaxiləsi xalq ayaqlanmalarının qarşısını almağa kömək edə bilər”.

Qəzet yazır ki, Suriya Rusiya üçün mühüm strateji əhəmiyyətə malik olub. Belə ki, Moskva buradakı Xmeymim bazası ilə Liviya, Mərkəzi Afrika Respublikası və Sudana logistik daşımalarını həyata keçirib.

Qəzetə danışan Vaşinqton İnstitutunun əməkdaşı Anna Borşevski Suriyanın itirilməsinin Rusiya üçün böyük məğlubiyyət olacağını deyib:

“Suriya çox aşağı qiymətə Rusiya üçün böyük üstünlüklər verirdi. Bu ölkənin itirilməsi, ciddi strateji məğlubiyyət olacaq. Bu isə öz təsirini təkcə Yaxın Şərq yox, qlobal səviyyədə göstərəcək”.

Strategiya və Texnologiyaların Analizi Mərkəzinin elmi əməkdaşı Mixail Barabanov isə Moskvanın indi Ukraynaya fokuslandığını, bu səbəbədən Suriyaya sadəcə simvolik dəstək göstərəcəyini bildirib:

“Gündə bir neçə qanadlı raketlə zərbə və ya aviazərbələr situasiyaya təsir etmir. Suriyadakı bütün oyunçular Kremlin Ukraynadakı vəziyyətə dərin cəlbini başa düşürlər və onun imkanlarının məhdud olduğunu bilirlər”.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri