“PUTİNİN NÖVBƏTİ HƏDƏFİ BU ÖLKƏ OLACAQ” Keçmiş MKİ şefi açıqladı
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya Ukraynada qalib gəlsə, Vladimir Putin çox güman ki, Baltikyanı ölkələri hədəf alaraq NATO ölkəsini işğal etməyə cəhd edə bilər.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Devid Petreus “DailyMail”-ə müsahibəsində deyib.
Petreus qeyd edib ki, Rusiyanın məqsədi “oyuncaq lider gətirmək və bütün Ukraynaya nəzarət etmək” üçün Prezident Volodimir Zelenskini devirməkdir: “Bunu etdikdən sonra siz onların(Rusiyanın-red.) diqqətinin Baltikyanı ölkələrdən birinə cəmləndiyini görəcəksiniz”.

O hesab edir ki, Rusiya Qərbin qətiyyətini sınamaq üçün və ya daha geniş hücuma müqəddimə kimi işğala başlaya bilər. Petreus bu zaman Litvanı Putinin əsas hədəfi adlandırıb: "Litva onun çıxışlarında vacib yer alır və biz onu daha çox dinləməliyik."
Petreus həmçinin ABŞ Prezidenti Donald Trampı dəfələrlə Putinə ikinci şans verdiyinə görə tənqid edib, onun sələfi Co Baydeni isə Ukrayna qüvvələrini lazımi səviyyədə silahlandıra bilməməkdə günahlandırıb.
Petreus həmçinin vurğulayıb ki, ABŞ M1 Abrams tankları, F-16-lar, eləcə də çoxsaylı raket sistemləri, qabaqcıl döyüş sursatlarının verilməsi və onların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq kimi fərdi qərarları qəbul etməkdən çəkinir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 31 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















