Icma.az
close
up
RU
PUTİNİN POLŞA AVANTÜRASI MÜHARİBƏ UZANACAQ... Avropa “silkələnir”, ABŞ isə...

PUTİNİN POLŞA AVANTÜRASI MÜHARİBƏ UZANACAQ... Avropa “silkələnir”, ABŞ isə...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın “Şahed” tipli 23 zərbə dronunun Polşaya hücumundan sonra Kremlin “bunun bizimlə heç bir əlaqəsi yoxdur” deməsi, onların 2014-cü ildə Donbasdakı separatçıların çoxsaylı zirehli texnikaya və ağır silahlara necə yiyələnməsinə dair suala verdikləri cavabı xatırladır.

Əslində, Rusiya dronlarının vurulmasında Polşanın “F-16”, Niderlandın “F-35”, İtaliyanın kəşfiyyatçı “AWACS” təyyarələrinin iştirakı məsələnin yalnız texniki tərəfidir. Mahiyyət etibarı ilə ən önəmli məsələ Rusiyanın burada hansı məqsədlər güdməsi və perspektivdə geosiyasi mənzərənin necə şəkillənəcəyidir.

Polşanın Baş naziri Donald Tusk bunu hücum yox, iri miqyaslı təxribat adlandırıb. Rusiyanın bu cür təxribat strategiyasının arxasında şübhəsiz ki, müəyyən plan dayanır. Çox böyük ehtimalla Kreml gərginliyi mümkün qədər ən yüksək həddə qaldıraraq qarşı tərəfin reaksiyasını öyrənmək istəyir. Əlbəttə, Polşaya dron hücumu bir yoxlama zondudur və ruslar bunu özləri üçün risk saymırlar, çünki Donlad Trampın Putinlə yenidən yumşaq davranacağına əmindirlər.

Trampın reaksiyası yenə qeyri-adekvatdır. O, “Truth” sosial platformasında yazdığı “başlandı” ifadəsi və bunun “səhv ola biləcəyi” ilə bağlı açıqalması ilə bir növ yaxasını kənara çəkir. Əslində, onun nə deməsinin ciddi bir əhəmiyyəti də qalmayıb. Çünki Ukrayna ilə bağlı məsələdə Trampın sözü ilə əməli arasında dərin ziddiyyət var. Artıq siyasi icmalçılar Trampın Ukraynada gedən müharibə ilə bağlı hansısa ciddi tədbir görəcəyinə böyük şübhə ilə yanaşırlar.


Digər tərəfdən, Kremlin belə bir əməliyyat keçirməsinin səbəbi ABŞ və Avropanın Vaşinqtondakı sammitindən çıxan nəticələrlə əlaqədardır. Vladimir Putin gördü ki, Ağ Evə yığışan Qərb liderləri onlardan qat-qat zəif olan Rusiyaya qarşı real təsir gücünə malik sanksiyaların qoyulması və ya Ukraynaya böyük həcmdə silah yardımı göstərilməsi qərarı əvəzinə mənasız və rabitəsiz fikirlər səsləndirdilər.

Bəs, Rusiyanın Polşaya dron hücumu bundan sonra Avropanı silkələyib oyadacaqmı, yoxsa, Avropa liderləri yenə qətiyyətsizlik nümayiş etdirəcəklər? Tarixdən yaxşı məlumdur ki, uzun sürən müharibələri xarkter dəyişikliyinə görə fazalara ayırırlar. Ukraynada gedən müharibəni uzunmüddətli hesab etmək olar və Polşaya PUA hücumundan sonra müharibənin yeni bir fazaya qədəm qoycağını söyləyə bilərik.

Lakin bütün bunlarla yanaşı, Rusiyanın hiyləgər kombinasiyalarının və gözləntilərinin əksinə olaraq, törətdiyi təxribat əməlləri reallıqda birbaşa onun ziyanına işləyə bilər. Rusiya Ukrayna ilə bağlı qarşısına qoyduğu məqsədi yerinə yetirə bilməyib, hələ üstəlik Avropa da yavaş-yavaş müharibəyə qoşulur. 

Əgər Avropa iqtisadi, maliyyə və texnoloji baxımdan Ukraynaya kəsərli və ardıcıl kömək etsə, Rusiya şəksiz məğlubiyyətə uğrayacaq. Son aylarda yaşanan olaylara əsasən Ukraynanın Rusiyaya necə qalib gələ biləcəyinin perspektiv imkanları aydın görünməyə başlayıb. Bunun üçün uzaqdan zərbələrlə Rusiyanın bütün strateji əhəmiyyətli iqtisadi və hərbi obyektlərinin məhv edilməsi lazımdır.

Heç şübhə yoxdur ki, Rusiyanın zəif tərəfləri ilə yanaşı, Ukraynanın da kövrək yerləri az deyil. Bunları geniş və dərin təhlil etdikdən sonra xüsusi bir qələbə modeli işləyib hazırlamağa ehtiyac var. Belə bir planın hazırlanmsında Avropanın iştirakı vacib şərtdir. Avropa ölkələri uzun müddət Rusiyanı özləri üçün real təhlükə saymayıblar və düşünüblər ki, Rusiyanın başlıca işğal məqsədi Ukrayna ilə yekunlaşır. Ancaq Rusiyanın Polşaya dron hücumu Avropanın baş verən proseslərə daha ayıq baxmasına imkan yaradır.


Tam qaneedici olmasa da Avropanın Ukraynaya hərbi və humanitar yardımlar zərfini genişləndirmək qərarına gəlməsi təqdirəlayiq haldır. Müharibə başlayandan indiyədək Avropa İttifaqı Ukraynaya 170 milyard avro həcmində yardım göstərib. Bu məbləğin həcminin daha da yüksləcəyi gözlənilir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyaen bildirib ki, Rusiya müharibənin hesabını ödəməlidir və Avropa “ERA Loans” proqramı çərçıvəsində Ukraynaya PUA-lar üçün 6 milyard avro ayırıb. Onun sözlərinə görə, PUA istehdalında Ukrayna bacarığını və ixriralarını nümayiş etdirib, indi isə bunların kütləvi istehsalının vaxtıdır.

Avropa İttifaqı ABŞ-dən Ukrayna üçün silah alınmasından ötrü Avropa Sülh Fondundan 6,2 milyard avro xərcləyəcək. Almaniya Ukrayna üçün uzaqmənzilli zərbə dronlarının alınmasına 300 milyon avro ayıracaq. Norveç 2026-cı ildə Ukraynaya 8 mliyard dollar verəcək. Böyük Britaniya isə Ukrayna üçün gələn il bir neçə min uzaqmənzilli dron istehsal edəcək. Bunlarla yanaşı, Fransa, İtaliya, İsveç və Danimarka da müvafiq yardım zərfləri hazırlayıblar.

Beləliklə, Avropa tədricən müharibənin içərisinə doğru hərəkət edir və o, öz gələcəyi naminə mütləq Ukrayanın qalib gəlməsinə çalışmalıdır, əks halda onu olduqca xoşagəlməz hadisələr gözləyir.

ABŞ isə gələcəklə bağlı məqsədlərini hələ də müxtəlif fəndlərlə gizlədir. Donald Trampın “Biz Rusiya və Hindistanı Çinə itirdik” ifadəsindən belə anlaşılır ki, qlobal məkanda qütbləşmə prosesi gedir və burada yekun mərhələyə hələ xeyli vaxt var. Ukraynadakı müharibə də öz növbəsində sözügedən bu proseslə bağlıdır. Proseslərdən ümumi belə bir nəticə çıxarmq olar ki, Rusiya çox qəliz qlobal oyunun içində vurnuxur və onun bu cür hala düşməsi Çinin və ABŞ-nin geostrateji maraqlarına zidd deyil. Elə bu səbəbdən də Ukraynadakı müharibə uzanacaq və biz Putinin Rusiyanı məhvə sürükləyəcək avantürasının yeni fazaları ilə tanış olacağıq.

Vaqif Nəsibov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri