Icma.az
close
up
RU
Amerika İranı zəiflədə bilməyəcək, müharibə uzanacaq PROQNOZ

Amerika İranı zəiflədə bilməyəcək, müharibə uzanacaq PROQNOZ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Yaxın Şərqdə davam edən müharibə fonunda tərəflərin bir-birinin banklarını, yanacaqdoldurma məntəqələrini, neft anbarlarını və digər mülki infrastrukturu hədəfə alması müşahidə olunur ki, bu da beynəlxalq humanitar hüququn prinsiplərinə zidd hesab edilir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan beynəlxalq hüquq üzrə mütəxəssis Əli Mustafa bildirdi ki, İsrail, Amerika və İran savaşı getdikcə xarakterini dəyişir:

"Yəni ilk günlər hərbi obyektlər vurulurdusa, dövlət idarələri və silahlı qüvvələrə məxsus yerlər hədəfdə idisə, indi sanki hara gəldi zərbələr endirilir. Buraya neft yataqları, yanacaqdoldurma stansiyaları, banklar, hərbçilərin yerləşdiyi yerlər, hətta otellər və digər infrastruktur obyektləri daxildir. Bəzi hallarda isə mülki infrastruktur və vətəndaş obyektləri də tərəflərin hədəfinə çevrilir. Bir tərəf bunu edir, sonra digər tərəf də eyni addımı atır. Beləliklə, bu gün Amerika-İran savaşı beynəlxalq humanitar hüququn müəyyənləşdirdiyi çərçivədən kənarda baş verir. Yəni müharibə qanunlarına əməl olunmur. Tərəflər bir-birinə zərbə endirmək, rəqibi zəiflətmək, nüfuzdan salmaq və infrastrukturu dağıtmaq üçün doğru hesab etdikləri addımları atırlar. Artıq burada hansısa çərçivə və beynəlxalq hüquq normaları faktiki olaraq işləmir. Düşünürəm ki, Yaxın Şərqdə yenidən böyük bir savaş başlayıb və bu, yaxın vaxtlarda başa çatmayacaq. Amerika İranı zəiflətməkdə, İran isə Amerikaya qarşı müqavimət göstərməkdə davam edəcək və ehtimal ki, əvvəl səsləndirilən müddətlərlə bağlı məsələlər də bir müddətdən sonra aktuallığını itirəcək".

Müsahibimiz əlavə etdi ki, İran Amerikanın və İsrailin ərazilərini və Amerikanın regiondakı obyektlərini və maraq dairələrini raketlərlə vurur:

"Bu raketlər kifayət qədər uzaq məsafəyə uça bilir, yəni İsrail ərazisinə qədər çatır. Burada "Xürrəmşəhr", "Səccil" və "Şahab" raketləri nəzərdə tutulur. Onlar kifayət qədər böyük dağıdıcı qüvvəyə malikdir, uzaq məsafəyə uça bilir və ən əsası hipersəs xüsusiyyətlərinə malik raketlərdir. Hava hücumundan müdafiə sistemləri onları dayandırmaqda çətinlik çəkir. Artıq İsrail də İran raketləri üçün birbaşa hədəfə çevrilib, eyni zamanda Amerikanın regiondakı obyektləri də hədəf altındadır. Bildiyim qədər Amerika artıq canlı qüvvə ilə hücum etməyi planlaşdırır, yəni əsgərləri İran ərazisinə göndərməyi düşünür. Bu baş verərsə, ilkin mərhələdə Amerika İranın müəyyən ərazilərini işğal edə bilər, xüsusilə körfəz bölgəsinə quru qoşunları çıxara və müəyyən ilkin uğurlar əldə edə bilər. Lakin sonrakı mərhələdə bu ağır bir savaşa çevrilə bilər və Amerikanın ciddi itkiləri ilə nəticələnə bilər. Çünki İran ordusu say baxımından kifayət qədər böyükdür və sona qədər vuruşmağa hazır görünür. Yəni İranın hərbi-siyasi rəhbərliyi savaşı davam etdirməkdə maraqlı görünür. Onlar artıq hansısa güzəştlərə getmək və ya təslim olmaq barədə düşünmürlər. Bu isə onu deməyə əsas verir ki, savaş uzanacaq. Bu müharibə yeni dünya düzəninin formalaşmasının əsas alətlərindən birinə çevriləcək. Bu gün Rusiya-Ukrayna savaşı hansı geostrateji və geo-iqtisadi xarakter daşıyırsa, bu savaş da oxşar xarakter daşıyacaq və regionun bir sıra dövlətlərini də əhatə edə bilər".

Əli Mustafanın sözlərinə görə, hazırda region dövlətləri bu münaqişəyə qarışmamağa çalışır və buna ciddi şəkildə səy göstərir.

"Lakin zaman keçdikcə onların maraqlarına toxunan məqamlar ortaya çıxa bilər və savaşın arealı genişlənə bilər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu savaş uzanacaq, Amerika yaxın zamanlarda burada qələbə əldə edə bilməyəcək. İsrail üçün də kifayət qədər ciddi təhlükələr mövcuddur. İranın dövlət obyektləri vurulduğu kimi, İsrail ərazisindəki infrastruktur da zərbə altına düşə bilər. İranın öz ərazisində baş verən dağıntıların bənzəri İsrail ərazisində də yaşana bilər. Çünki İran raketləri artıq İsrailə qədər çata bilir. Amerika hökumət qurumlarında və Konqresdə də ciddi narazılıq mövcuddur. Xalqın böyük bir hissəsi narazıdır. Artıq Tramp barədə impiçment məsələsi gündəmə gətirilir. Bu gün Amerikada insanların təxminən 71 faizi Trampa impiçment tətbiq olunmasını istəyir. Bu vəziyyət müəyyən vaxtdan sonra ABŞ daxilində də ciddi siyasi problemlər yarada bilər və ümumilikdə Tramp hakimiyyəti getdikcə daha böyük risklərlə üz-üzə qalır. Təəssüf ki, Tramp bu savaşı dayandıra bilmir. Buna görə hesab edirəm ki, savaş uzanacaq və nəticədə Amerikanın zəifləməsinə, dünyada isə daha ciddi siyasi gərginliyin yaranmasına səbəb olacaq", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Mart 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri