Icma.az
close
up
RU
Putinin qarşısında güc dayanmayınca o sakitləşən deyil

Putinin qarşısında güc dayanmayınca o sakitləşən deyil

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Putinə qarşı nə qədər loyallığı olsa da dünya ictimaiyyəti qarşısında da bir o qədər məsuliyyəti var. Tramp hakimiyyətə gəlməmişdən bəyan etmişdi ki, müharibə əgər Putin səbəbindən dayannasa Ukraynaya o qədər silah verəcəm ki, Rusiyanı məğlub etsin. Göründüyü qədərilə bu zaman gəlib çatıb. Tramp Putini yola gətirmək üçün çox manevrlər etdi, indi də edir. Amma Putin bu xoş niyyətindən sui istifadə etdi, müharibəni dayandırmadı, hətta NATO üzvü olan ölkələri də təhdid etməyə başladı.

Bunu "Xalq Cəbhəsi"nə ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Trampın isə artıq məyus olduğu görünür. Bunun belə olacağını Putinin mahiyyətini tanıyan hər kəs deyirdi ki, gec-tez Tramp Putinə hərbi təzyiq yolunu tutacaq. Tramp isə Putini həmişə qarşı cəbhədə yox, yan-yana hesab edirdi. İndi bunun belə olmadığı ona aydın olur:

"Əslində, qeyd etmək lazımdır ki, Trampın Putinə qarşı ehtiyatlı davranması onun böyük supergüc dövlətin rəhbəri kimi məsuliyyətindən irəli gəlir. Məsələ ondadır ki, Putinlə açıq şəkildə qarşıdurmanın, əslində digər dövlətlərdən çox ABŞ-a təsir edəcəyini Tramp yaxşı başa düşür.
O bilir ki, bu zaman hamı gözünü ABŞ-a dikəcək. ABŞ onlara silah, maliyyə verməli olacaq. Hətta elə məqam hələ bilər ki, əsgərlə də kömək edəsi olar. Tramp isə hələlik bu xərclərdən qaçmaq istəyir. Silah-sursatı belə Avropa ölkələrinə satır ki, Ukraynaya versinlər.

Hesab edirəm ki, bütün bunlara baxmayaraq Putinin qarşısında güc dayanmayınca o sakitləşən deyil. Bu güc də ancaq ABŞ ola bilər. Hadisələr də bu istiqamətdə inkişaf edir".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri