Icma.az
close
up
RU
Putinin sağ əli: Medinski bilərəkdən həssas nöqtələrə toxunur ŞƏRH

Putinin sağ əli: Medinski bilərəkdən həssas nöqtələrə toxunur ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Rusiyanın Qarabağ amilindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etmək cəhdləri qalır


 Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə etməsi ciddi narazılığa səbəb olub. Kremlin məkrli niyyətini dilə gətirən Medinski bildirib ki, əgər Ukrayna münaqişəsi real sülh olmadan dayandırılarsa, bu, nüvə müharibəsinə gətirib çıxara bilər. Çünki Kiyev və NATO Rusiyanın yeni ərazilərini geri almağa çalışacaq:

 "Əgər cəbhə xətti boyu münaqişə dayandırılarsa və əsl sülh əldə olunmazsa, sadəcə olaraq hansısa atəşkəs bağlanılarsa, bu, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə, Qarabağ kimi - bu zaman bu bölgə nəhəng Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO ilə, müttəfiqləri ilə birlikdə NATO-ya daxil olacaq, onu geri qaytarmağa çalışacaq və bu, planetin sonu olacaq, nüvə müharibəsi olacaq. Moskva heç kim tərəfindən tanınmayan nəhəng Qarabağın yaradılmasını istəmir ki, nüvə müharibəsi başlaya bilər". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Putinin köməkçisinə kəskin cavab verib, onu dövlətlərarası münasibətlərə xələl gətirməməyə çağırıb. Qeyd olunub ki, Medinskinin Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur. O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və tanıyır. Ayxan Hacızadə Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib: "Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. O, prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara tamamilə fərqli bir məna verməməyə çağırıb. Zaxarova Rusiyanın rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını söyləyib. Qeyd edib ki, Medinski Qarabağla bağlı şərhdə vəziyyətin tarixi aspekti və sosial mədəni xüsusiyyətlərdən danışıb.


Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Medinskinin Ukrayna müharibəsində Qarabağı nümunə kimi göstərməsi suallar yaradır. Ekspertin sözlərinə görə, ilk baxışdan "istinad"ın sadəcə mövqeyin arqumentləşdirilməsi məqsədi daşıdığı görünür: 

"Bakı və İrəvan arasında Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmişdi. Azərbaycan 30 il sonra torpaqlarını işğaldan azad etdi, ardınca suverenliyini bərpa etməklə Rusiyaya sülhməramlılarını bölgədən çıxarmaqdan başqa çıxış yolu qoymadı. Moskva postsovet məkanında ilk dəfə belə vəziyyətlə üzləşdi. Bu baxımdan, Medinskinin sözləri Rusiyanın Ukraynada, həm də ümumilikdə postsovet məkanında "Qarabağ ssenarisi" ilə üzləşmək istəməməsi kimi oxuna bilər. Lakin Medinskinin "Qarabağ istinadı" Ermənistanda mövqelərini bərpa etməyə və bölgədə yenidən güclənməyə çalışan Rusiyanın addımları fonunda sadəcə "mövqeyini arqumentləşdirmək" kimi görünmür. Xüsusilə Moskvanın Xankəndidən İrəvana qaçan separatçılara son dövrlər yenidən "yatırım" etməsi fonunda, bu, diqqətçəkəndir. Separatçıların İrəvanda yenidən aktivləşməsi və Paşinyan hakimiyyətinin "neytral mövqeyi"dir. Qarabağdan qaçan separatçıların son addımları Paşinyan hakimiyyəti tərəfindən əvvəlki məhdudiyyətlə üzləşmədi. Hesab etmək olar ki, rəsmi İrəvan onlardan Bakı ilə danışıqlarda "kart" kimi istifadə etməyə çalışır. Lakin separatçıların Paşinyan hakimiyyətinə qarşı müxalif elektoratda yer aldığını nəzərə alsaq, bu ehtimal zəifləyir. Ermənistan mediasında yayılan məlumatlarda isə deyilirdi ki, separatçıların fəaliyyətinin məhdudlaşdırılmamasını Paşinyandan Moskva istəyib. Mövcud şərtlərdə regiona qayıtmağa çalışan Rusiya ilə münasibətləri yenidən normallaşdırmaq istəyən rəsmi İrəvanın belə bir istəyi qəbul etməsi mümkün variantlardandır".

Analitik vurğulayıb ki, Rusiya "Qarabağ erməniləri"nə yardımı artırır: "Ötən ayın sonunda Mariya Zaxarova "Qarabağdan olan ermənilərə" kifayət qədər böyük miqdarda humanitar yardımın planlaşdırıldığını açıqlamışdı. Bu iki informasiya Rusiyanın Qarabağla bağlı yeni siyasi kampaniyasına diqqət çəkir. Burada "Qarabağ amili" həm Bakı, həm İrəvana qarşı istifadə edilə bilər. Ermənilərin yenidən Qarabağa köçürülməsi, keçmiş münaqişə motivlərinin aktullaşdırılması qeyri-mümkündür. Bunu Moskva da anlayır. Lakin Rusiyanın Qarabağ amilindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etmək cəhdləri qalır. Belə cəhdlər adətən Bakı ilə münasibətlərdə soyuqluğun olduğu dövrlərdə aktivləşir. Rusiya "Qarabağ erməniləri" və separatçılardan Ermənistana hakimiyyətə qarşı da istifadə edir. Lavrovun İrəvan səfəri fonunda separatçıların aktivləşməsi və Rusiyadan humanitar yardımların artırılması da bu kontekstdə diqqət çəkir. Aydın görünür ki, Moskvanın humanitar yardımları və dəstəyi separatçılar başda olmaqla "Qarabağ erməniləri"nin seçki dövründə Paşinyana qarşı müxalif cəbhədə birləşməsini daha da stimullaşdırmaq məqsədi daşıyır. Bu proseslər fonunda Medinskinin "Qarabağ istinadı" təsadüfdən daha çox, Azərbaycanın həssas nöqtələrinə toxunmaq və Ermənistan müxalifətinə hakimiyyətə qarşı istifadə edə biləcəkləri yeni gündəm vermək kimi görünür".


Təhlükəsizlik üzrə ekspert İlqar Altay da bildirib ki, Medinskinin çıxışı çox zərərli və qərəzlidir, Azərbaycana və onun ərazi suverenliyinə qarşıdır. Ekspert vurğulayıb ki, əvvəla, Medinski Putin tərəfindən tam bəyənilən, Lavrovun yerinə hazırlanan şəxsdir:

 "O, Rusiyanın Ukrayna konflikti danışıqları üzrə vacib nümayəndə heyətində rəhbərlik edir. Demək, şəxsin sözünü ciddiyə almamaq olmaz. Medinski Qarabağı "mübahisəli" və daha çox "Ermənistan tərkibli" hesab edir. Keçmiş Qarabağ konflikti üzrə Bişkek müqaviləsinin qeyri-düzgün və pis nəticəli olduğunu iddia edir. Analizdən görünür ki, Medinski bu sözləri təsadüfən, sözgəlişi deyil, əvvəlcədən hazırlıqlı, planlı olaraq ifadə edir. Yəni Kremldən tapşırıq olaraq, Azərbaycana, Ermənistana və əsas da Qarabağ ermənilərinə Kremlin mövqeyi çatdırılır. Düşündürücü və narahatedicidir. Deməli, Kreml keçmiş "Qarabağ konflikti"ni yenidən ortaya atıb, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə toxunmaqdan əl çəkmir, çəkməyib". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2025 02:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri