Icma.az
close
up
RU
PUTİNİN “SAĞ ƏLİ” MİQRANTLARI HƏDƏLƏDİ Rusiyaya gedənlərə xəbərdarlıq

PUTİNİN “SAĞ ƏLİ” MİQRANTLARI HƏDƏLƏDİ Rusiyaya gedənlərə xəbərdarlıq

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

"Heç bir arvad, ər, nənə, baba, uşaq Rusiyaya gətirilə bilməz..."

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikin son açıqlamaları ölkədə və postesovet regionunda geniş müzakirələrə səbəb olub. O, Rusiyaya gələn miqrantların, xüsusən də Mərkəzi Asiya ölkələrindən gələnlərin bir çoxunun  "gələcək cinayətkarlar" olduğunu bildirib və onlara qarşı sərt tədbirlər görülməsini təklif edib.

Bastrikin sözlərinə görə, "bizə gələnlər əvvəlcədən potensial cinayətkarlardır – yəni, bu şəxslər Rusiyaya cinayətkarlıq meyli ilə daxil olurlar".

Xatırladaq ki, Aleksandr Bastrikin Prezident Vladimir Putinin tələbə yoldaşı, yaxın dostu və “sağ əli” hesab olunur. Onun bu fikirləri milyonlarla miqrantı öncədən qınamaq və onlara qarşı qərəzli münasibəti rəsmi səviyyədə ifadə etmək kimi qəbul edilir, həmçinin ksenofobiyanın təzahürüdür.

Bastrikin təkcə miqrantların kriminal meyillərini qabartmaqla kifayətlənməyib, həm də onların Rusiyaya ailə üzvləri ilə gəlməsini qadağan etməyi təklif edib. 

O, miqrantların yaşayış xərclərinin tam olaraq işəgötürənlər tərəfindən qarşılanmasını tələb edib: "Kontrakt bir ildən artıq olmamalıdır, müddət bitdikdən sonra miqrant ölkəsinə qayıtmalıdır. Heç bir arvad, ər, nənə, baba, uşaq Rusiyaya gətirilə bilməz. O, buraya işləmək üçün gəlir və bütün xərcləri sahibkar tərəfindən qarşılanmalıdır."

Bastrikinin bu açıqlamaları, yalnız sərt miqrasiya siyasətini təklif etməklə qalmır, həm də dövlət səviyyəsində miqrantlara qarşı qərəzli münasibət və stereotiplərin rəsmi təsdiqi kimi qiymətləndirilir. Minlərlə insanı potensial cinayətkar elan etmək, onların hüquqlarını və ləyaqətini kobud şəkildə pozmaqdır.

Ekspertlər bildirirlər ki, belə açıqlamalar Rusiyanın sosial inteqrasiya siyasətinə və beynəlxalq insan haqları normalarına ziddir. Bu, ölkənin miqrasiya problemlərinin həllinə kömək etməyəcək, əksinə, miqrantların sosial təcridinə, ayrı-seçkiliyə və radikallaşmaya səbəb ola bilər.

Rusiya İstintaq Komitəsi rəhbərinin açıqlamaları, ölkədə miqrasiya siyasətinin sərtləşəcəyinin göstəricisidir və bunun regional siyasətə böyük təsirləri ola bilər. Sərt mövqe miqrantlara qarşı düşmənçiliyi gücləndirə, insan haqları sahəsində ciddi tənqidlərə səbəb ola bilər. Bu, həmçinin, Rusiya daxilində sosial gərginlikləri artırma riski daşıyır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri