Icma.az
close
up
RU
Putinin sevimli itləri “Paşik”i ona kim hədiyyə etdi?

Putinin sevimli itləri “Paşik”i ona kim hədiyyə etdi?

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putinin itlərə olan sevgisi bütün dünyada məşhurdur. Elə bu səbəbdən də əlamətdar günlərdə Rusiya liderinə sürpriz etmək istəyənlər ona fərqli cinslərdən olan qeyri-adi it  bağışlayırlar.  

"Tosya"

Rusiya prezidenti uşaqlıqdan itlərə maraq göstərib. Evlərində daim müxtəlif sortlardan olan itlər saxlayıblar. 
Prezident seçildiyi zaman həyat yoldaşı Lüdmila da ona Tosya adlı pudel cinsindən olan bir it hədiyyə etmişdi. 
Tosya Rusiya liderinin sevimli iti idi. Lakin onlar rəsmi ayrıldıqdan sonra Tosya Lüdmila Putinanın yanında qalıb. 

"Konni"

Vladimir Putin öz müsahibələrinin birində: "Mən heyvanları, xüsusən də itləri çox sevirəm. Onların duyğularını yaxından hiss edir, nə istədiklərini çox yaxşı başa düşürəm” - deyə bildirib. Prezidentin bu sevgisini bilən dostları fürsət düşdükcə ona qeyri-adi it hədiyyə edirlər. 

Rusiya liderinin ən sevimli itlərindən biri də Labrador cinsindən olan Konni adlı ağıllı iti idi. Bu iti Putinə Rusiyanın müdafiə naziri Sergey Şoyqu hədiyyə etmişdi.  Konni Fövqəladə Hallar Nazirliyinin kinoloji mərkəzində xüsusi təlim keçmiş, çox qiymətli xilasedici itlərdən biri imiş. Bütün rəsmi qəbullarında Konni prezidentin yanında olurdu. Deyilənə görə, Almaniyanın keçmiş kansleri Angela Merkellə görüş zamanı xanım itdən qorxduğunu bildirib, lakin Putin Konninin otaqdan çıxarılmasına razı olmayıb və xanım Merkeli sakitləşdirməklə kifayətlənib.  

Konni 11 bala dünyaya gətirib. Bu sədaqətli it haqqında sənədli film də çəkilib. Putin Konnini o qədər çox istəyirmiş ki, onu şəxsən özü yedizdirirmiş. Yeri gəlmişkən, Putin heç vaxt sevimli itlərinin süni yemlə yemlənməsinə icazə vermir. 
Yaxınlarının söylədiyinə görə, Putin sevimli Konninin ölümünə çox kədərlənir. Ölümündən sonra Sankt-Peterbur şəhərində Konniyə abidə də ucaldılıb.

Konninin balaları isə, necə deyərlər, etibarlı əllərdədir. Putin onun iki balasını keçmiş Avstriya prezidenti Tomas Klestillə hədiyyə edib. Olqa və Orkid adlı bu itlər hazırda mərhum Klestillin xanımı Marqot Loeffler ilə birlikdə Çexiyada yaşayırlar. 

Putin Konninin nəslindən olan daha bir iti Rostov vilayətindən olan təqaüdçü Aleksey Belevetsə bağışlayıb. Bu sürprizin maraqlı tarixçəsi var. Belə ki, Aleksey adlı həmin şəxs mərcdə öz həyat yoldaşına uduzur. Şərt belə imiş ki, uduzan tərəf prezidentin şəxsi itlərindən birini əldə etməlidir. Beləliklə, uduzan Aleksey Rusiya prezidentinə məktub yazaraq ona bir it bağışlamasını xahiş edib. Putin də öz növbəsində yaşlı təqaüdçünün istəyini yerinə yetirib.

"Baffi"

Putinin ən sevimli itlərindən biri də Baffidir. Qaraqaçan cinsli bu çoban itini Putinə 2010-cu ildə Bolqarıstanın baş naziri Boyko Borisov hədiyyə edib. İtin adı Rusiyada bir yarışma zamanı seçilib. “Baffi” adını beş yaşlı yarış iştirakçısı Dima Sokolov təklif edib. 

"Yume"

2012-ci ildə yaponlar Putinə məşhur "Haçiko" dramatik filmində çəkilmiş çox etibarlı, sədaqətli Akita İnu cinsindən olan “Yume” adlı it bağışlayıblar. Bu iti Yaponiyada baş vermiş zəlzələ və sunami zamanı rusların onlara verdiyi böyük dəstəyə görə minnətdarlıq əlaməti olaraq Rusiya liderinə hədiyyə ediblər. Putin buna cavab olaraq yapon heyətinə “Mir” adlı Sibir pişiyini hədiyyə etmişdi. 

Yapon dilindən hərfi tərcümədə “yuxu” mənasını verən “Yume” adını da itə Putin özü seçmişdi. Yeri gəlmişkən, yaponlar Akita İnu sortundan olan itləri ümumiyyətlə, əcnəbilərə vermirlər. Rusiya lideri istisna olmaqla, xarici ölkə vətəndaşına bağışlanan sonuncu Akita İnu cinsli it 1937-ci ildə məşhur amerikalı lal-kar və kor aktvist xanım Helen Kellerə hədiyyə edilib. 

"Vəfalı"

Vladimir Putinin sevimli itlərindən biri “Vəfalı” adlanır. Alabay cinsli, mühafizəçi, qoruyucu görəvli bu it 2017-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Putinə doğum günündə hədiyyə edilib. 

"Paşik"

Putinin sevimli it kolleksiyasına daxil olan “Paşik” adlı iti ona 2019-cu ildə Serbiya prezidenti Aleksandr Vuçiç hədiyyə edib. 

Paşik qoyun sürülərini canavarların hücumundan qoruyan gözətçi çoban iti sortu Şarplanin ovçarkasıdır. Bu itlər əsasən Balkan yarımadasında yaşayırlar. 

"Şirxan"

Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun Putinə hədiyyə etdiyi Şirxan Tayvan cinsindən olan itdir. Tayvan sortu ən qədim it cinslərindən sayılır. Əsasən qırğızların saxladığı bu yarımvəhşi itlər heç vaxt canavarla üz-üzə gəlməkdən qorxmurlar.

"Pxunsanlar"

2024-cü ildə Şimali Koreyanın rəhbəri Kim Çen İn ölkələr arasında dostluq əlaməti olaraq Rusiya prezidentinə, qədim Koreya cinsindən olan iki ağ rəngli Pxunsan iti  hədiyyə edib. Pxunsanlar çox cəsarətli, döyüşkən it növündəndir. Qədimdə onlardan hətta, pələng ovunda da istifadə edirlərmiş. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Dekabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri