Putinin sevimli qrupunun üzvü vəfat etdi
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Rusiyanın “Lyube” qrupunun bek-vokalisti Aleksey Tarasov 64 yaşında dünyasını dəyişib. Qrup Rusiya Prezidenti Vladimir Putinin sevimli musiqi kollektivlərindən biri kimi tanınır.
Bizim.Media xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, musiqiçinin ölümünə son vaxtlar mübarizə apardığı onkoloji xəstəlik səbəb olub. Qrupun nümayəndələri də onun vəfat etdiyini təsdiqləyiblər.
Məlumata görə, bu ilin əvvəlində Tarasova qırtlaq xərçəngi, bir neçə ay sonra isə metastazlarla müşayiət olunan bağırsaq xərçəngi diaqnozu qoyulub. Son aylarda o, səhnəyə çıxmayıb və səhhəti barədə ictimaiyyətə açıqlama verməyib.
Tarasov 1989-cu ildə qrup yaradıldığı vaxtdan kollektivin üzvü olub və “Lyube”nin bütün studiya albomlarının yazılmasında iştirak edib.
Qrupun solisti Nikolay Rastorquyev isə Putinin etibarlı şəxsi kimi tanınır və onun siyasətini dəstəkləyir. O, Rusiyada Ukrayna ərazilərinin işğalına dəstək tədbirlərində və mitinq-konsertlərdə iştirak edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Noyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















