Putinin sözçüsü: Çin və Mərkəzi Asiya respublikaları arasında yaxınlaşmadan narahat deyilik
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Kreml Çin və Mərkəzi Asiya respublikaları arasında yaxınlaşmanın Rusiyanın regiondakı maraqlarına zərər verə biləcəyindən narahat deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bizim belə bir narahatlığımız yoxdur. Belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Çin bizim əsas strateji tərəfdaşımızdır. Mərkəzi Asiya ölkələri isə bizim təbii, tarixi və müasir mənada müttəfiq və tərəfdaşlarımızdır. Çinlə əməkdaşlığımız qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanır. O, heç bir təzahürlərində heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Eyni şey bizim Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqəmizə də aiddir. Bizim çoxlu öz mexanizmlərimiz, o cümlədən analoji mexanizm olan Rusiya-Mərkəzi Asiya dialoqu mövcuddur. Biz onların bir çoxu ilə inteqrasiya əməkdaşlıq proqramları üzrə tərəfdaşlıq münasibətləri ilə də bağlıyıq. MDB və digər təşkilatlara üzvlüyümüz də bizi birləşdirir. Ona görə də bütün bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanır və ahəngdar xarakter daşıyır", - Kremlin sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 16 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















