Icma.az
close
up
RU
Putinin tələbləri Tramp üçün qəbuledilməzdir Vaşinqton İstanbul danışıqlarından narazıdır

Putinin tələbləri Tramp üçün qəbuledilməzdir Vaşinqton İstanbul danışıqlarından narazıdır

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilmiş birbaşa danışıqlar ABŞ-də məyusluqla qarşılanıb. ABC News telekanalına danışan amerikalı rəsmilər bildiriblər ki, Moskvanın təqdim etdiyi tələblər nə Ukrayna, nə də ABŞ Prezidenti Donald Tramp üçün qəbulediləndir.

Vaşinqton rəsmilərinin sözlərinə görə, Rusiya tərəfi hələ də konstruktiv dialoq nümayiş etdirmir. Bu mövqe gözlənilən olsa da, danışıqlarda irəliləyişin olmaması Ağ Evdə narahatlıq yaradıb. Mənbələr qeyd edirlər ki, Tramp artıq münaqişə mövzusundan uzaqlaşmağa başlayıb.

Buna baxmayaraq, ABŞ hələlik Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyib. Halbuki Tramp daha əvvəl Moskvanı sərt sanksiyalarla hədələmişdi. ABC News bildirir ki, danışıqların ikinci raundu başa çatsa da, əlavə sanksiyalara dair heç bir addım müşahidə olunmur.

Ağ Evin mətbuat katibi Karolayn Livitt yalnız Trampın münaqişənin danışıqlar yolu ilə həllinə dair çağırışlarını təkrarlayıb: "Prezident istəyir ki, bu müharibə danışıqlar masasında başa çatsın və bu mesaj hər iki tərəfə aydın şəkildə çatdırılıb".

İstanbul danışıqları zamanı tərəflər sülhə dair memorandumlarla mübadilə aparıb və yeni əsir mübadiləsi barədə razılığa gəliblər. Rusiya mətbuatı Moskvanın təqdim etdiyi sənəddə Ukrayna ordusunun Rusiya nəzarətində olmayan ərazilərdən tam çıxmasının atəşkəsin əsas şərti kimi göstərildiyini yazıb.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri