Putinin təyyarəsi yanacaqsız qalıbmı? Kremldən cavab Yeni Sabah
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya tərəfi dövlət başçısının xarici səfərlərini diqqətlə hazırlayır ki, onun təyyarəsinin yanacaqla doldurulmasında problem olmasın.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, dövlət başçısının səfərləri ən diqqətlə həyata keçirilir. Bütün zəruri təminatları alınır. Əgər suallar yaranırsa, bu, başqa səviyyəli təmasların səbəbi ola bilər”, - deyə Peskov izah edib.
O, "Konkret ölkəyə səfərləri zamanı sanksiyalara görə prezident təyyarəsinin yanacaqla doldurulmasında problem yaranıbmı" sualına belə cavab verib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar çətinliklərlə bağlı məlumat vermişdi. O cümlədən Cənubi Afrikada və Braziliyada nazir belə problemlərlə qarşılaşıb.
Baxış sayı:81
Bu xəbər 14 Noyabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















