Icma.az
close
up
RU
Putinin Türkiyə qərarının pərdəarxası Hərbi paraddan bir gün öncə...

Putinin Türkiyə qərarının pərdəarxası Hərbi paraddan bir gün öncə...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Mayın 15-də Rusiya-Ukrayna danışıqları ilə bağlı İstanbulda keçirilməsi planlanan görüş böyük maraqla gözlənilir. Rusiya Prezidenti Vladimir Putin son açıqlamasında burada müzakirənin təşkili üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışdığını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski də buna münasibət bildirərək həmin gün Putini İstanbulda şəxsən gözləyəcəyini bəyan edib.

İddialara görə, Vladimir Putinin atəşkəs danışıqlarına hazır olduğunu açıqlamasının arxasında Çin Prezidenti Si Cinpin dayanır. Pekin liderinin 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Moskvada keçirilən hərbi paraddan bir gün öncə Kreml rəhbəri ilə 7 saat davam edən müzakirəsi nəticəsində belə bir qərarın verildiyi deyilir.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Si Cinpin Vladimir Putindən Ukrayna ilə bağlı ədalətli sülhə nail olmaq üçün danışıqlara başlamasını istəyib:

“Pekin Rusiya prezidentinin Ukrayna ilə bağlı mövqeyinin dəyişməsində əhəmiyyətli rol oynayıb. 7 saatlıq görüş zamanı Rusiya-Ukrayna müharibəsi və onun detalları geniş şəkildə müzakirə olunub. Artıq Çin bu müharibənin davam etməsində maraqlı deyil. Mart və aprel aylarında Vaşinqtonla Moskva arasında aparılan gizli danışıqlar zamanı Pekin də Ukrayna ilə bağlı praqmatik açıqlamalar vermişdi.


Məhəmməd Əsədullazadə

Görünür, Cinpin Putinə bu müharibədə Qərb qarşısında qalib gəlməyəcəyini və proseslərin inkişafı nəticəsində ölkəsinin də dolayı yolla sanksiyalara məruz qaldığını çatdırıb. Əvəzində, Çin Rusiyaya neft, qaz və hərbi-texniki sahələrdə əməkdaşlığı azalda biləcəyini deyib. Belə bir qərar Rusiya iqtisadiyyatı üçün ciddi zərbə olardı”.

Ekspert əlavə edib ki, Vaşinqton son zamanlarda Pekinə qarşı tətbiq etdiyi gömrük rüsumlarını əhəmiyyətli dərəcədə azaldıb:

“Çin lideri ilə Vladimir Putin arasındakı görüşdən dərhal sonra bu qərarın verilməsi təsadüfi deyil. Görünür ki, ABŞ Prezidenti Donald Tramp və Si Cinpin arasında müəyyən bir razılaşma əldə olunub. Çin Rusiyaya təzyiq göstərməli, ABŞ da əvəzində gömrük tariflərini endirməlidir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see241

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see185

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see161

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see123

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see123

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see121

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see121

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see119

Bakıda ödənişli yollar neçəyə olacaq? AÇIQLAMA

02 Oktyabr 2025 09:31see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri