Icma.az
close
up
RU
Türkiyə NATO ya güzəştə getmədi Montrö qərarının pərdəarxası

Türkiyə NATO ya güzəştə getmədi Montrö qərarının pərdəarxası

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ankaranın prinsipial mövqeyi Qara dənizdə nələri dəyişdi? 

Türkiyə Qara dənizdə hərbi iştirakın genişləndirilməsi ilə bağlı mövqeyini bir daha açıqlayaraq, NATO üzrə müttəfiqlərinə Montrö Konvensiyasının tətbiqində güzəştə getmək niyyətində olmadığını nümayiş etdirib.

Ankara hesab edir ki, Qara dənizdə təhlükəsizliyin və sabitliyin qorunması, ilk növbədə, bu dənizə sahili olan ölkələrin məsuliyyətində olmalıdır. Türkiyənin bu mövqeyi ABŞ və Fransa kimi NATO üzvlərinin regionda hərbi mövcudluğunu artırmaq cəhdləri fonunda xüsusi əhəmiyyət daşıyır. Məsələ ilə bağlı Türkiyənin hökumətyönlü “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ankara sahilyanı olmayan dövlətlərin hərbi dəniz qüvvələrinin Qara dənizdə yerləşdirilməsinə qarşı həssas yanaşır və bu istiqamətdə müttəfiqlərinə aydın mesaj verib. Türkiyə hesab edir ki, regionda xarici hərbi iştirakın genişləndirilməsi təhlükəsizlik balansına təsir göstərə və mövcud gərginliyi daha da artıra bilər. Bu baxımdan Montrö Konvensiyası Ankara üçün yalnız boğazlardan keçid qaydalarını müəyyən edən beynəlxalq sənəd deyil, həm də Qara dənizdə strateji tarazlığın qorunmasının mühüm mexanizmlərindən biridir.

Politoloq Abutalıb Səmədov Sherg.az-a söyləyib ki, Montrö razılaşması boğazlarda gəmiçiliyin tənzimlənməsi ilə bağlı Türkiyəyə xüsusi səlahiyyətlər verib:

“Xüsusilə müharibə dövründə bu səlahiyyətlər mühüm əhəmiyyət daşıyır. Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra sözügedən səlahiyyətləri dönmədən, heç bir güzəştə yol vermədən yerinə yetirdi. Bu isə dünyada nüfuzunun artmasına səbəb oldu. Türkiyə Rusiya ilə münasibətlərdə güzəştə getmədi, baxmayaraq ki, Rusiya Türkiyənin əsas xarici ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Türkiyə NATO üzvüdür və NATO üzvləri Qara dənizdə həm özlərinin nüfuzunu artırmağa çalışırlar, həm də bütövlükdə NATO-nun Qara dənizdə həlledici qüvvəyə çevrilməsini istəyirlər. Burada da, təbii ki, Türkiyədən çox şey asılıdır. Lakin Türkiyə prinsipial mövqe tutaraq müharibə başlayandan sonra hərbi gəmilərin bölgəyə daxil olmasına imkan vermədi. O, açıq şəkildə bildirdi ki, Montrö razılaşmasına bundan sonra da dönmədən əməl olunacaq. Türkiyənin bu mövqeyi təkcə onun nüfuzunun artmasına gətirib çıxarmadı, eyni zamanda, bölgədə təhlükəsizliyin güclənməsinə səbəb oldu. Həmçinin Qara dənizdən Aralıq dənizinə yüklərin daşınmasının heç bir maneə olmadan davam etdirilməsinə nail olundu. Eyni zamanda, mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi marşrutlarda heç bir problemin yaranmasına imkan verilmədi”.

Analitik qeyd edib ki, bu, Türkiyə iqtisadiyyatına da müsbət təsir göstərdi:

“Həmçinin Türkiyə boğazlarından Aralıq dənizinə, oradan da Avropaya daşınan yüklərin həcminin artmasına və prosesdə iştirak edən dövlətlərin iqtisadi cəhətdən faydalanmasına səbəb oldu. Digər tərəfdən, bölgədə sabitlik qorundu ki, bu da son dərəcə vacibdir. Əgər NATO-nun bəzi dövlətlərinin istəklərinə güzəşt edilsəydi, bu, bir tərəfdən Rusiya ilə münasibətləri son dərəcə gərginləşdirər, ciddi hərbi qarşıdurmalara səbəb olar, digər tərəfdən isə bölgədə iqtisadi əməkdaşlıq məsələlərində ciddi problemlər yaradardı. Əksər dövlətlər yüklərini başqa yollarla daşımağa üstünlük verərdilər. Çünki şirkətlər və iqtisadi fəaliyyətlə məşğul olan dövlətlər həmişə təhlükəsiz marşrutlar axtarıblar. Ən kiçik təhlükə hiss edildikdə belə, bu cür marşrutlardan imtina ediblər. Türkiyə bunu qoruyub saxlaya bildi. Qeyd etmək lazımdır ki, bu, Azərbaycan üçün də mühüm əhəmiyyətə malik olan məsələdir. Ümid etmək olar ki, Türkiyə bu xətti dönmədən davam etdirəcək. Çünki prinsipial mövqe həm Türkiyənin, həm də bütövlükdə bölgənin təhlükəsizliyinə müsbət təsir göstərəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Oktyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri