Icma.az
close
up
RU
“Putinin Ukraynanın demilitarizasiya arzusu öz kabusuna çevrilib“ “Atlantic Council“

“Putinin Ukraynanın demilitarizasiya arzusu öz kabusuna çevrilib“ “Atlantic Council“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kiyevin güclənməsi Avropanın təhlükəsizlik arxitekturasını dəyişir..."

Rusiya diktatoru Vladimir Putin Ukraynanı sürətlə zəbt etməyi planlaşdırmışdı, amma ukraynalıların dirənişi buna imkan vermədi. O, Kiyevi silahsızlaşdırmaq istəyirdi, əvəzində isə ölkəni daha da güclü etdi. 

Moderator.az xəbər verir ki, bu barədə "Atlantic Council" nəşri yazıb.

Nəşr qeyd edir ki, bu gün Ukrayna yalnız döyüş meydanında deyil, həm də texnologiya sahəsində lider kimi tanınır. Xüsusilə dron istehsalında əldə olunan uğurlar Kiyevi qlobal səviyyədə önə çıxarıb.

Ukrayna ordusu Qara dəniz döyüşlərində pilotsuz uçuş aparatları ilə fərqlənib, indi isə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirir. Böyük Britaniya artıq Ukrayna ilə birgə dronların kütləvi istehsalına hazırlaşır. Bu, NATO üçün də dönüş nöqtəsidir - əvvəllər Ukrayna Alyans standartlarına uyğunlaşmağa çalışırdısa, indi NATO Ukraynanın təcrübəsindən öyrənməyə məcburdur.

Ukrayna yeni hərbi güc mərkəzidir

Məqaləyə görə, bu gün Ukraynanın Avropada ikinci ən böyük ordusu var: təxminən 1 milyon hərbçi və döyüş təcrübəsi olan geniş ehtiyat qüvvəsi. Bundan əlavə, elektron müharibə, kibertəhlükəsizlik və robot texnologiyaları sahəsində innovasiyalar da Ukraynanı ön sıralara çıxarıb. ABŞ Avropadakı rolunu azaldarkən, Ukrayna silahlı qüvvələri ekspansionist Rusiyanın qarşısında duran əsas səddə çevrilib.

Bu, Putinin öz əli ilə yaratdığı kabusdur. Çünki məhz onun təcavüzü Ukraynanı zəif, asılı dövlətdən güclü və müstəqil hərbi gücə çevirdi. 2014-cü ildə cəmi bir neçə min döyüş qabiliyyətli əsgəri olan Ukrayna bu gün Avropanın təhlükəsizlik sistemində əsas oyunçulardan biridir.

"Bütün imperiyalar Ukrayna qarşısında dağılır"

Ukrayna prezidenti Vladimir Zelenski isə xalqına müraciətində vurğulayıb ki, Ukrayna bu gücü itirməyəcək. Onun sözlərinə görə, tarix boyu müxtəlif imperiyalar bu ölkəni silməyə çalışıb, amma nəticədə həmin imperiyalar çöküb, Ukrayna isə dirçəlməyə davam edib.

"Ukrayna hamısını geridə qoyub - indi də bu Rusiyanı da geridə qoyacaq. Heç bir şübhə yoxdur ki, biz dövlətimizi qoruyacağıq", - Zelenski bildirib. Prezidentin fikrincə, bu mübarizənin məqsədi yalnız bu günü deyil, həm də gələcək nəsilləri müharibə və terror təhlükəsindən azad etməkdir.

Zelenski əlavə edib ki, Ukrayna həm döyüş gücünü, həm də qlobal tərəfdaşlığını qoruyacaq. Artıq 124 min ukraynalı dövlət mükafatı ilə təltif olunub - bu, xalqın həmrəyliyinin və qətiyyətinin göstəricisidir.

Ukraynanın dirənişi qalib gəlir

Həm beynəlxalq ekspertlərin, həm də prezident Zelenskinin mesajı bir məna daşıyır: Ukrayna artıq zəif hədəf deyil. Əksinə, o, Avropanın təhlükəsizlik arxitekturasında mühüm dayağa çevrilib. Putin Ukraynanı məhv etmək istəsə də, nəticədə daha güclü, təcrübəli və müstəqil bir Ukrayna formalaşıb. Bu gün müharibə hələ bitməsə də, Ukraynanın qalib gələcəyi aydın görünür, çünki o, təkcə öz suverenliyi uğrunda deyil, bütün Avropanın gələcəyi naminə mübarizə aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri