Icma.az
close
up
RU
Putinin özü üçün özünün yaratdığı qorxulu kabus... Atlantic Council

Putinin özü üçün özünün yaratdığı qorxulu kabus... Atlantic Council

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Hələ bir neçə il əvvəl Ukrayna hərbi baxımdan autsayder kimi görünürdü — NATO standartlarına uyğunlaşmaqda çətinlik çəkən bir ölkə. Ancaq indi vəziyyət tamamilə dəyişib: artıq NATO Ukrayna standartlarını mənimsəməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Atlanticcouncil”un məqaləsində deyilir.

Sayt yazır ki, bu həftə Ukrayna hərbçiləri Danimarkaya səfər edərək danimarkalı həmkarları ilə dron müharibəsi sahəsində unikal təcrübələrini bölüşüblər. Bu təşəbbüs Danimarka hava limanları və strateji obyektləri üzərində qeydə alınan şübhəli dron aktivliyinə cavab kimi ortaya çıxıb. Bu fəaliyyətin Rusiyayla əlaqəli ola biləcəyi ehtimal edilir.

Danimarka bu təcrübəyə maraq göstərən yeganə NATO ölkəsi deyil. Sentyabrın əvvəlində rus dronları Polşanın hava məkanını pozduqdan sonra Varşava ukraynalı hərbçilərlə birgə dronlara qarşı təlim mərkəzi yaratmaq planlarını açıqladı. Daha əvvəl "The Times” yazmışdı ki, Ukrayna instruktorları Böyük Britaniyaya göndərilib və onlar britaniyalı əsgərlərə müasir müharibədə dronlardan istifadə qaydalarını öyrədirlər.

Ukrayna sürətlə dünya liderlərindən birinə çevrilir — həm dron istehsalında, həm də onların döyüşdə tətbiqi sahəsində. Dörd ildən artıqdır davam edən genişmiqyaslı müharibə ölkədə daxili dron sənayesinin inkişafına güclü təkan verib. Yeni modellər hər gün real döyüş şəraitində sınaqdan keçirilir.

Nəticələr göz qabağındadır: Ukrayna dronları ön xəttdə yüksək effektivlik nümayiş etdirib və Qara dənizdə vəziyyəti dəyişməyə imkan yaradıb. Bundan başqa, Ukrayna ordusunun uzaqmənzilli pilotsuz zərbə vasitələri mütəmadi olaraq Rusiyanın dərinliklərindəki hədəfləri vurur.

Təəccüblü deyil ki, Qərb ölkələri ukraynalıların dron təcrübəsini öz müdafiə doktrinalarına daxil etməyə çalışır. Böyük Britaniya yaxınlarda Ukrayna ilə birgə hazırlanmış dronların kütləvi istehsalına başlamağı planlaşdırdığını açıqlayıb. Sentyabrın sonunda isə Ukrayna nümayəndə heyəti ABŞ-a yollanaraq dronların birgə istehsalı ilə bağlı böyük müqavilə üzrə danışıqlara başlayıb.

Prezident Volodimir Zelenski də Ukraynanın artan hərbi əhəmiyyətini anlayır. O, Danimarkadakı missiyanı Avropanın digər ölkələri üçün də genişmiqyaslı təlim proqramına çevrilə biləcək model hesab edir:

"Bizim təcrübəmiz, mütəxəssislərimiz və texnologiyalarımız Avropada yaradılacaq "Drone Wall” təşəbbüsünün əsas elementi ola bilər”, — deyə o 30 sentyabrda bildirib.

Bu, Ukraynanın yalnız dron sahəsində deyil, eyni zamanda radioelektron müharibə, robotlaşdırılmış sistemlər və kibertəhlükəsizlikdə də ön sırada olduğunu göstərir. Qərbi Ukraynada keçirilən "Defense Tech Valley” forumunda 50-dən çox ölkədən 5 mindən artıq iştirakçı toplaşdı və Qərb şirkətləri nəticə etibarilə 100 milyon dollardan çox investisiya vəd etdilər.

Amma Ukraynanın əsas resursu hələ də insan kapitalıdır. Ölkənin silahlı qüvvələri bu gün Avropada sayına görə ikinci yerdədir: sırada təxminən 1 milyon əsgər və zabit var, ehtiyatda isə real döyüş təcrübəsinə malik yüz minlərlə veteran dayanır. Bu, Avropanın heç bir ölkəsində mövcud deyil.

ABŞ-ın Avropa təhlükəsizliyində iştirakını azaltmaq istədiyi bir vaxtda Ukrayna ordusu faktiki olaraq genişlənməyə çalışan Rusiyanın qarşısında Avropanın ən böyük sipərinə çevrilib.

Ukraynanın yeni statusu — Avropanın aparıcı hərbi güclərindən biri kimi rolu — Vladimir Putinin ən qorxulu kabusudur. Üstəlik, bu qorxulu yuxunu elə o özü yaradıb.

Əgər Rusiyanın imperialist təcavüzü olmasaydı, Ukraynanın bu cür çevrilməsi sadəcə mümkün deyildi. 2014-cü ildə Putin hücuma başladığında Ukraynanın ixtiyarında cəmi bir neçə min döyüş qabiliyyətli əsgər vardı. Krımın ilhaqı demək olar ki, müqavimətsiz baş tutdu, lakin Ukraynanın dərinliklərinə yönələn cəhd xalq müqaviməti dalğası yaratdı. Könüllü batalyonlar məhz bu anda formalaşaraq ölkəni xilas etdi və müasir ordunun təməlini qoydu.

Putin məğlubiyyətini etiraf etmədi və nəticədə 2022-ci ildə genişmiqyaslı işğala başladı. Rəsmi olaraq məqsəd "Ukraynanı demilitarizasiya etmək” idi. Lakin indi aydındır ki, bu plan tam iflasa uğrayıb. Əksinə, işğal Ukraynanı Avropa təhlükəsizliyinin açar oyunçusuna çevirdi.

Avropa paytaxtlarında indi anlayırlar ki, Ukrayna ordusu qitənin müdafiəsi üçün əvəzsiz elementdir və yaxın gələcəkdə də belə qalacaq. Ona görə də Kiyevə hərbi-sənaye dəstəyi göstərmək təkcə həmrəylik yox, həm də Avropanın öz həyatı məsələsidir.

Putinin ümidləri Ukraynanı başsız və silahsız qoymaq idi. Ancaq onun "demilitarizasiya” kampaniyası əksinə, güclü, müstəqil və Avropanın ön xəttində dayanmağa hazır Ukrayna yaratdı — elə o Ukraynanı ki, mövcudluğundan Putin ən çox qorxurdu.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri