Icma.az
close
up
RU
“Putinin üzr istəməsi Rusiyanın siyasətində dönüş nöqtəsidir” Ekspert

“Putinin üzr istəməsi Rusiyanın siyasətində dönüş nöqtəsidir” Ekspert

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinın Rusiyanın hava mıkanında vurularaq qəzaya uğraması dünya mediasında müzakirə olunur.

“Cebheinfo.az”-ın məlumatına görə, beynəlxalq ekspertlər bu faciəli hadisəyə ilə bağlı müzakirələri davam etdirirlər. 

“Azadlıq” radiosunun Qazaxıstan xidməti təyyarə qəzasının səbəbləri və mümkün siyasi nəticələri ilə bağlı araşdırma aparıb. 

Məqalədə qeyd edilir ki, Azərbaycan sərnişin təyyarəsinin Rusiya raketi ilə vurula biləcəyinə dair sübutlar Qafqazda və onun hüdudlarından kənarda qəzəb yaradıb:

"Vladimir Putin bir növ üzr istəməyi təklif etdi, bu, görünməmiş bir addım idi. Lakin bu sözlər çox güman ki, Rusiyanın regionda zədələnmiş nüfuzunun təsirlərini aradan qaldırmayacaq. 

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan səmasında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına görə azərbaycanlı həmkarından üzr istəyib - bu, onun hakimiyyətinin 25 ilində olduqca nadir, hətta misli görünməmiş hadisədir. Üzrxahlıq natamam idi.

Putin “faciəli insidentin Rusiya hava məkanında baş verdiyinə görə” təəssüfləndiyini bildirib. Ən azı, bu, Qazaxıstanda “Embraer 190” təyyarəsinin qəzaya uğramasından üç gün sonra, dekabrın 28-də Kremlin saytında dərc olunan Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığına dair məlumatda deyilir. Bakıdan Çeçenistanda eniş edə bilməyən təyyarə Xəzər dənizi üzərindən keçərək Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i, o cümlədən 6 nəfər Qazaxıstan vətəndaşı həlak olub.

Çoxsaylı sübutların göstərdiyi kimi, Moskvanın Qroznıya Ukrayna pilotsuz təyyarələrinin hücumlarını dəf etdiyini iddia etdiyi bir vaxtda Rusiya raketi ilə vurula bilən təyyarənin qəzaya uğramasına görə Putin Rusiyanın məsuliyyətini boynuna almadı. Üzrxahlığın məhdud xarakter daşıması onu göstərir ki, Kreml Azərbaycan, Qazaxıstan və regionun digər ölkələri ilə münasibətlərə ciddi zərbə vurmamağa çalışır. Lakin eyni zamanda, faciəvi hadisəyə görə Rusiyanın məsuliyyətini etiraf etməkdən imtina edir”.

Bir tərəfdən, Putin bəlkə də ilk dəfə olaraq xarici dövlətdən nəinki əvvəlki hakimiyyətin hansısa tarixi günahına görə, Rusiyanın indiki zamanda etdiyi hərəkətlərə görə üzr istədi. Bu, Rusiyanın xarici siyasətində dönüş nöqtəsidir:

"Digər tərəfdən, mətn birbaşa məsuliyyətin qəbulunu istisna edir. Biz görürük ki, günahını tanımadan, günahın etiraf edilməsi Bakını və onun müttəfiqlərini qəzəbləndirir. Azərbaycan üçün Kremlin bəyanatında məsuliyyətin olmaması maneə olaraq qalır”- Berlindəki Karnegi Avrasiya Mərkəzinin tədqiqatçısı Aleksandr Baunov "X" sosial şəbəkəsində belə yazıb.

“Təyyarə qəzası təkcə Rusiyanın regionda və onun hüdudlarından kənarda imicinə xələl gətirmir. Onun nəticələri Kremlin gizlətməyə çalışdığı zəifliyi üzə çıxarıb”,-deyə britaniyalı ekspert Mark Qaleotti bildirib.

“Vladimir Putin, bildiyiniz kimi, heç vaxt üzr istəmir. Lakin Milad günü "Azərbaycan Hava Yolları"nın sərnişin təyyarəsi təsadüfən vurulduqdan sonra, o, buna bacardığı qədər yaxınlaşıb. O, Rusiya raketinin günahkar olduğunu etiraf etməyib. Lakin “faciəli insidentin Rusiya hava məkanında baş verdiyini” etiraf edib. Onun qeyri-adi səmimiyyəti göstərir ki, Putinin mövqeyi güclü olsa da, həm də kövrəkdir və gözlənilməz böhranlarla təhdid edilə bilər”,-deyə Qalotti qeyd edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri