Azərbaycanın Rusiyanın üzr istəməsi ilə bağlı bəyanatlarını görmüşük Peskov
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb.
Peskov Kremlin Bakının Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatlarını gördüyünü, lakin qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmədiyini açıqlayıb.
“Əlbəttə, bunu görmüşük. Amma bir daha təkrar edirəm, dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər bizim heç bir qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik informasiya ancaq onlardan gələ bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















