Icma.az
close
up
RU
Putinin yanlış siyasəti Rusiyanı tamamilə izqoy ölkəyə çevirir

Putinin yanlış siyasəti Rusiyanı tamamilə izqoy ölkəyə çevirir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Mayın 9-da öz paytaxtında qorxusuz-hürküsüz parad keçirə bilmək üçün rəsmi Kiyevin razılığını almağa möhtac qalan "böyük" Rusiya, aradan 5 gün keçəndən sonra yenidən Kiyevə raket və PUA-larla kütləvi zərbələr endirməklə bir daha özünün qeyri-adekvat, vəhşi simasını göstərmiş oldu. Dronlar, ballistik və qanadlı raketlərlə endirilən amansız zərbələr nəticəsində şəhərin 7 rayonunda dağıntı və yanğınlar qeydə alınıb, o cümlədən Darnitski rayonunda yaşayış evi çöküb, dağıntılar altında qalanlar var. Ümumilikdə, bu zərbələr nəticəsində 7 nəfər ölüb, 30-dan çox şəxs isə yaralanıb. 15 may Kiyevdə matəm günü elan olunub. Bu qərar Rusiyanın Ukrayna paytaxtına qarşı həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə qəbul edilib.
Beləliklə, Rusiya adəti üzrə yenə də yaşayış binalarını, xəstəxanaları, küçələri, uşaq meydançalarını vurmaqla növbəti də özünü terrorçu dövlət kimi nümayiş etdirdi. Başqa sözlə desək, Rusiya həmişəki kimi özünə, öz köhnə xislətinə, dağıdıcı ənənəsinə sadiq qaldı. Tolstoyları, dostoyevskiləri, puşkinləri, saltıkov-şedrinləri ilə qürrələnən "mədəni Rusiya" Kiyevi bombalamaqla əsl həqiqətdə isə vandalizm "mədəniyyət"indən çox da uzaqlaşa bilmədiyini əyani göstərdi. Yalandan "mədəni ölkə", "sivil ölkə" maskasını taxmaqla deyil ki. Müharibə gerçəklikləri Rusiyanın qeyri-mədəni üzünü açıq şəkildə ifşa edir.
21-ci əsrdə müharibəyə bu qədər dəlicəsinə heyranlıq duymaq, şəhərləri amansızcasına dağıtmaq yalnız və yalnız orta əsrlər təfəkkürünün təzahürüdür. Ən qəribəsi də budur ki, İkinci Dünya müharibəsində məhz faşizmin bütün dəhşətlərini yaşamış bir ölkənin varisi (Rusiya) bu gün özünü faşist Almaniyasından da daha betər aparır. Beləliklə, əsl, gerçək "rus mədəniyyəti"nin yaxın-uzaq qonşularına səbəbsiz yerə hücum etməkdən, şəhərləri tarmar etməkdən, dinc insanların ölümünə səbəb olmaqdan, bəşəriyyətin təhlükəsizliyinə qənim kəsilməkdən ibarət olduğu üzə çıxır. Müasir rus ideoloqlarının uydurduğu "rus dünyası" (rus aləmi) təbliğatı Kremli getdikcə daha da zorakı siyasət yürütməyə təhrik edir. Bu isə Rusiyanın sivil dünyadan getdikcə daha çox təcrid olunmasına səbəb olur. Putinin yanlış siyasəti Rusiyanı tamamilə "izqoy" ölkəyə çevirir.
Əlisahib Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 May 2026 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri