Kallas Rusiyanı ittiham etdi: “Moskva ərzağı silaha çevirir”
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyanı Qara dənizdə gəmilərə hücum etməklə qlobal ərzaq təhlükəsizliyinə qəsdən zərər vurmaqda ittiham edib.
Turkustan.az xəbər verir ki, Kallas bu barədə Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında danışıb.
Kallasın sözlərinə görə, son 10 gündə Qara dənizdə Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatları ilə altı hücum həyata keçirilib. O, bu hadisələri “təhlükəli və qəbuledilməz eskalasiya” adlandırıb və Moskvanın iyulun ortalarından etibarən Ukraynanın ixrac infrastrukturuna hücumları gücləndirdiyini bildirib.
Aİ rəsmisi Qara dənizin Ukrayna taxılının beynəlxalq bazarlara çatdırılması üçün əsas marşrut olduğunu vurğulayıb. “Rusiya qəsdən ərzağı silaha çevirir və qlobal ərzaq təhlükəsizliyinə, xüsusilə Afrika, Asiya və Yaxın Şərqdə zərər vurur”, – Kallas deyib.
Onun sözlərinə görə, iyul ayından bəri Aİ və Ukraynanın quru yolu ilə taxıl ixracı 2 milyon ton artıb. Bununla belə, Rusiyanın Moldova, Rumıniya və Polşa ilə sərhəd keçidlərini hədəf alması alternativ ixrac marşrutlarını da risk altına qoyur.
Kallas Qara dənizdə və Dunay çayı boyunca təhlükəsizliyin gücləndirilməsinin vacibliyini qeyd edib. O, Rumıniya və Bolqarıstanın Aİ-nin dəstəyi ilə yaradacağı Qara Dəniz Dəniz Təhlükəsizliyi Mərkəzinin bölgədəki vəziyyət barədə məlumatlılığın artırılmasına kömək edəcəyini bildirib.
Aİ-nin daha sürətli kollektiv qərar qəbuletmə mexanizmlərinə ehtiyac duyduğunu deyən Kallas təklif olunan fövqəladə protokolun məqsədinin təcili siyasi məsləhətləşmələri və genişmiqyaslı hibrid böhranlar zamanı koordinasiyanı gücləndirmək olduğunu vurğulayıb. O, bu prosesdə NATO ilə əməkdaşlığın da vacib olduğunu qeyd edib.
Kallas, həmçinin Türkiyə, Hindistan və digər beynəlxalq tərəfdaşlarla Qara dənizdə sərbəst gəmiçiliyi təmin edəcək razılaşma üzərində işlədiklərini açıqlayıb. Onun sözlərinə görə, belə bir razılaşma həm insan həyatının, həm də həyati əhəmiyyətli təchizatın qorunmasına xidmət edəcək.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Oktyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















