Icma.az
close
up
RU
Putinlə Əliyevin səmimi görüşü nə vəd edir? Deputatdan AÇIQLAMA

Putinlə Əliyevin səmimi görüşü nə vəd edir? Deputatdan AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bildiyimiz kimi, Prezident İlham Əliyev Qırğızıstana səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü qısa söhbət edib. Görüş zamanı liderlərin səmimi görüntüləri diqqət çəkib. Bununla yanaşı, Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev haqqında müsbət fikirlər səsləndirməsi də diqqətdən kənarda qalmayıb. Putin Azərbaycan liderini “müasir və ağıllı insan” adlandırıb və Qarabağ məsələsi ilə bağlı 2023-cü ildən əvvəl Qərb nümayəndələri ilə apardığı danışıqlardan söz açıb. Rusiya Prezidenti həmin danışıqlarda Qarabağın Azərbaycanın bir hissəsi kimi qəbul edildiyini də vurğulayıb.

Bəs, Azərbaycan və Rusiya münasibətlərində müəyyən gərginliyin olduğu bir dövrdə liderlərin bu cür səmimi görüntülərlə müşayiət olunan görüşünü və Vladimir Putinin Prezident İlham Əliyev haqqında müsbət fikirlər səsləndirməsini necə qiymətləndirmək olar? Putinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha vurğulaması Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin və ya müsbət dinamikanın formalaşdığını göstərirmi?

Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlamasında bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə toplantısı çərçivəsində Azərbaycan lideri müxtəlif ölkələrin rəhbərləri ilə ikitərəfli əsasda görüşlər keçirib:

"Təbii ki, bizim liderlə görüşmək istəyən Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin, demək olar ki, bütün liderləri Azərbaycan Prezidenti ilə görüşmək, fikir mübadiləsi aparmaq və Azərbaycanın bu və ya digər məsələlərdə dəstəyini, geosiyasi baxımdan güclü mövqeyini nəzərə alaraq, Azərbaycanın müsbət rəyini öz gündəmlərinə daxil etmək istəyirlər. Beləliklə də, Azərbaycan Prezidenti ilə görüş hamı üçün maraqlıdır. Bu kontekstdə Rusiya lideri ilə keçirilən ayaqüstü söhbətlər və görüntülər dünya mediasında yayılmışdır. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidentinə olan rəğbət və hörmət, bütün dünya liderlərində olduğu kimi, Rusiya Prezidenti tərəfindən də ifadə edilib. Hətta sonradan görüşlər, əl sıxmalar kontekstində Rusiya Prezidentinin Azərbaycan lideri ilə bağlı səsləndirdiyi fikirlər, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı dedikləri də diqqət çəkib".

Millət vəkili əlavə etdi ki, bütün bunlar Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın güclü mövqeyinin, Azərbaycanın artıq öz qırmızı xəttinin, öz milli maraqlarından geri çəkilməməsinin və bütün dünya liderləri tərəfindən qəbul edilmiş Azərbaycanın yaratdığı yeni reallığın qəbul edilməsi məsələsinin gündəmdə olduğunu göstərir.

"Digər bir məsələ isə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmasa da, ora dəvət edilməsi, orada Azərbaycanla bağlı, Azərbaycan lideri ilə bağlı görüşlərdə və fikirlərdə ölkəmizə göstərilən xüsusi diqqətdir. Bu onu göstərir ki, dünyanın ən böyük təşkilatlarından biri hesab etdiyim, 2 milyarddan çox insanı və böyük coğrafiyanı əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatında xüsusi önəm və xüsusi əhəmiyyət verilən açar ölkə Azərbaycandır. Çünki Rusiya lideri də çox gözəl başa düşür ki, istər Şanxay Əməkdaşlıq Təşkilatı kontekstində, istər ikitərəfli kontekstdə, istərsə də ümumiyyətlə, böyük Avrasiyadakı siyasətin formalaşdırılması və gündəmin müəyyənləşdirilməsi kontekstində Azərbaycanın rolu və Azərbaycan liderinin mövqeyi çox önəmlidir".

Deputatın sözlərinə görə, Rusiya Prezidenti, Rusiya-Azərbaycan münasibətlərindəki məsələlərdə Azərbaycanın həm güclü mövqeyə, həm də güclü liderə malik olması səbəbindən bizim böyük ölkələrlə, Rusiya kimi böyük ölkələrlə münasibətlərimizdə konstruktiv aspektlərin, konstruktiv məqamların üzə çıxması ilə fərqlənir.

"Onu demək lazımdır ki, bəlkə də başqa ölkələrlə münasibətdə Rusiya, Çin, ABŞ kimi güclü ölkələr diktə dili ilə, hegemonluqdan irəli gələn dildə danışırlarsa, Azərbaycanla münasibətlərində tamamilə başqa bir səhnənin, başqa bir kontekstin şahidi oluruq. Beləliklə də, bir daha bunu vurğulamaq lazımdır: Rusiya liderinin Azərbaycan haqqında yüksək fikir səsləndirməsi Şanxay Əməkdaşlıq Təşkilatında bizim ölkəmizin yaratdığı, bizim ölkəmizin malik olduğu güc faktoru, Azərbaycanın orta güc kimi meydana çıxan mövqeyi və Azərbaycanın ümumiyyətlə yaratdığı reallıqların bir daha qəbul edilməsi kontekstində nəzərdən keçirilməlidir".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri