Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Vaşinqton görüşü region üçün nə vəd edir? Deputatdan AÇIQLAMA

Vaşinqton görüşü region üçün nə vəd edir? Deputatdan AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cənubi Qafqazda sülh və əməkdaşlığı təmin etmək üçün münbit şərait yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədə yeni reallıqlar və perspektivlər yaranıb. İndiyədək müəyyən beynəlxalq aktorların Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüsləri konkret nəticə verməyib. Tərəflər yalnız ikitərəfli platforma çərçivəsində irəliləyiş əldə ediblər”.
Bu fikirləri Demokrat.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, bu ilin əvvəlində tərəflərin sülh sazişinin mətnini razılaşdırması məhz ikitərəfli danışıqlar nəticəsində əldə olunub:
“Bununla belə, beynəlxalq aktorlar proseslə bağlı tərəfsiz mövqe nümayiş etdirib, optimal təşəbbüslər irəli sürərsə, bunu dəyərləndirmək mümkündür. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsinin fonunda Moskvanın Cənubi Qafqazda mövqeləri zəifləyib. Son illər qardaş Türkiyənin qlobal güc kimi meydana çıxması isə regionumuzdakı proseslərə də təsirsiz ötüşmür. Nəzərə alaq ki, Ankara Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəal təşəbbüslər göstərir. Bir müddət öncə Nikol Paşinyanın Ankaraya dəvət olunması da bunun göstəricisidir.
Digər tərəfdən, Qərbin enerji və nəqliyyat dəhlizlərinə marağının yüksəlməsi ABŞ-yə də proseslərə daha fəal qoşulmaq şansı yaradıb. Bayden administrasiyası dövründə Vaşinqton bir sıra vasitəçilik təşəbbüsləri göstərsə də, ermənipərəst mövqe sərgilənməsi həmin təşəbbüslərin fiaskosuna səbəb oldu. Lakin hazırda Tramp administrasiyası fərqli mövqe nümayiş etdirir. Bu gün rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün tezliklə əldə olunmasının tərəfdarıdır. Eyni zamanda, Tramp administrasiyası Zəngəzur dəhlizinin də açılmasına maraqlıdır”.
Millət vəkilinin sözlərinə görə, ötən ay Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşü prosesin davam etdiyini göstərir:
“Nəzərə alaq ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın şəxsi dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan “Ağ Ev”də görüşəcəklər. Gündəliyin əsas mövzusu da iki ölkə arasında sülh sazişinin imzalanması üçün vacib addımların atılmasıdır. ABŞ diplomatiyası mövcud vəziyyəti yalnız münaqişənin formal bitməsi kimi deyil, həm də uzunmüddətli iqtisadi və nəqliyyat layihələri üçün zəmin kimi görür. Bu çərçivədə xüsusi yer tutan məsələ — Azərbaycanı Naxçıvanla, oradan isə Türkiyə ilə birləşdirəcək nəqliyyat marşrutudur. Bakı bu layihəni ölkənin bütövlüyü və tranzit potensialının bərpası kimi qiymətləndirir. İrəvan isə daxili siyasi təzyiqləri nəzərə alaraq kompromisli həll yolları axtarmağa məcburdur”.
Sevinc Fətəliyeva qeyd edib ki, Əbu-Dabi görüşündən sonra tərəflər sülh sazişinin paraflana biləcəyini bəyan etmişdilər:
“Əgər Vaşinqton görüşündə bu istiqamətdə uğur əldə olunarsa, bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşması və regionun qlobal iqtisadi-siyasi əlaqələrə inteqrasiyası baxımından mühüm addım olacaq. ABŞ isə bu prosesin yalnız müşahidəçisi deyil, əsas təminatçısı kimi çıxış etməyə çalışır. Bütün hallarda prosesdə əsas söz sahibi Azərbaycandır. Azərbaycanın haqlı şərtləri yerinə yetirildikdən sonra sülh üçün heç bir əngəl qalmayacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması yalnız iqtisadi deyil, regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün müstəsna əhəmiyyət kəsb edir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri