“Putinlə görüşməyə hazıram” Zelenskinin görüşmək istəyinin ilginc səbəbi
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Rusiya ilə üçtərəfli danışıqların hələlik təxirə salınmasına baxmayaraq Putinlə görüşməyə hazıram.
Ölkə.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski üçtərəfli danışıqların ABŞ-nin hazırda Yaxın Şərqə daha çox diqqət yetirdiyindən baş tutumadığını bildirib.
Buna baxmayaraq Zelenski Moskva ilə danışıqların davam etdirilməsində maraqlı olduğunu qeyd edib:
Zelenski hətta Rusiya Prezidenti Vladimir Putinlə neytral ərazidə görüşməyə hazır olduğunu bir daha vurğulayıb. “Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskva da və ya Kiyevdə yox. Əgər o mənimlə görüşməyə hazırsa. Çoxlu yerlər var. Biz Yaxın Şərqdə, Avropada, ABŞ-da istənilən yerdə görüş üçün yer tapa bilərik" .
Donbasın güzəştə gedilməsi məsələsinə gəldikdə Zelenski deyib ki, biz Donbasın verilməsini müzakirə edə bilmərik: “Əgər Donbası ruslara təhvil versək, onlar heç bir itki vermədən ən müdafiə edilə bilən mövqelərimizi tutacaqlar. Yeni istehkamların tikintisi bir il və ya bir il yarım çəkə bilər. Onlar Xarkova və digər şəhərlərə hücum edə biləcəklər. Bu, cəmiyyətdə parçalanmaya səbəb olacaq. Və istənilən bölünmə Putinin əsas məqsədi və müstəqilliyimizin məhvidir”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Aprel 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















