Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Zelenski bu barədə “CNN Türk” telekanalına müsahibəsində danışıb.
O, danışıqların başlanması üçün çevik hərəkətə keçməyin vacibliyini vurğulayıb. Xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinə diqqət çəkib.
Zelenskinin sözlərinə görə, Qara dənizdə təcili olaraq təhlükəsiz dəhliz açılmalıdır. O, hazırda 4 gəminin Rusiya hücumlarına məruz qaldığını bildirib.
“Prezident Ərdoğan bu məsələləri Rusiya tərəfi ilə müzakirə edəcək. Bunun hansı formatda, necə və nə vaxt keçiriləcəyi, əlbəttə ki, Prezidentin öz qərarından asılıdır”, – deyə Zelenski qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















