Icma.az
close
up
RU
Qab yuyarkən edilən səhv: Suyun temperaturu hər şeyi dəyişir

Qab yuyarkən edilən səhv: Suyun temperaturu hər şeyi dəyişir

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qab-qacağın yuyulmasında suyun temperaturu xüsusilə yağlı tavalar və qazançalar üçün böyük əhəmiyyət daşıyır.
Demokrat.az
“Martha Stewart” nəşrinə istinadən xəbər verir ki, isti su əksər hallarda yağı daha effektiv təmizləyir, lakin bəzi istisnalarda soyuq su daha faydalı hesab olunur.
Təmizlik üzrə ekspert Alisia Sokolovski qeyd edib ki, isti və ya ilıq su bərkiyən yağı əridir və qida qalıqlarını yumşaldır. Bu da yuyucu vasitənin yağ qatını daha asan parçalayaraq təmizləməsinə kömək edir.
Ekspertin sözlərinə görə, soyuq suda yağ daha da bərkiyir və səthə yapışır. Buna görə də qabı uzun müddət sürtmək lazım gəlir və nəticə çox vaxt effektiv olmur.
Məqalədə vurğulanır ki, yağ və su bir-biri ilə çətin qarışdığı üçün ilıq su yağı sadəcə yayır, isti su isə yuyucu vasitə ilə birlikdə daha güclü təsir göstərir.
Bununla belə, bəzi hallarda soyuq su daha doğru seçim hesab edilir. Məsələn, tava istifadə edildikdən dərhal sonra çox isti olduqda, üzərinə qaynar su tökmək onun deformasiyasına səbəb ola bilər. Xüsusilə yapışmayan örtüklü və çuqun tavalar üçün bu risk daha yüksəkdir.
Ekspertlər məsləhət görür ki, belə hallarda tava əvvəlcə soyudulsun və ya qısa müddət soyuq su ilə yaxalansın.
Soyuq suyun daha faydalı olduğu digər vəziyyət isə tavada yanmış yumurta kimi zülal tərkibli qalıqların olmasıdır. Bildirilir ki, soyuq su zülalın səthə daha da hopmasının qarşısını alır. Daha sonra qabın bir neçə dəqiqə ilıq sabunlu suda saxlanılması tövsiyə edilir.
Mütəxəssislər əlavə edirlər ki, qab-qacaq hər istifadədən sonra yaxşı yuyulsa, yapışqan yağ təbəqələrinin yaranmasının qarşısını almaq mümkündür. Həmçinin mikrodalğalı sobanın iç hissəsinin mütəmadi silinməsi qida sıçrantıları və xoşagəlməz qoxuların yaranmasını azaldır.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri