Icma.az
close
up
RU
Qab yuyarkən mütləq əlcək taxın, yoxsa... DERMATOLOQ XƏBƏRDARLIQ EDİR

Qab yuyarkən mütləq əlcək taxın, yoxsa... DERMATOLOQ XƏBƏRDARLIQ EDİR

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kimyəvi maddələr həyatımıza elə daxil olub ki, onlarsız yaşamımızı təsəvvür edə bilmirik.

Şəxsi gigiyenada, ev, paltar, qab təmizliyində də mütləq bu vasitələrə müraciət edirik.

Amma bu kimyəvi məhsulların həyatımızı zəhər etdiyini, orqanizmimizi, suyu, torpağı, təbii yerləri, havanı yavaş-yavaş çirkləndirdiyini bilirsinizmi? Həmçinin, bu vasitələr xərçəngə, dəri xəstəliklərinə, ağız, mədə, boğaz iltihabına səbəb olur, sinir sisteminə inanılmaz zərər vurur.

Mütəxəssislər xəbərdarlıq edir ki, paltar yuyan vasitələr dəriyə təmas etdikdə onun yağını alır, qurumasına və çatlamasına, həssas şəxslərdə dermatitlərin yaranmasına səbəb olur. Paltarlardan və qablardan yuyucu vasitələri təmizləmək üçün bol miqdarda su ilə durulamaq lazımdır. Yaxşı durulanmamış paltarlar dəridə allergik reaksiyalara, aşınmaya səbəb olur.

Ev təmizliyində istifadə edilən yuyucu vasitələr mikroblara nə qədər zərər verirsə, ağciyər, qaraciyər və beyinə də eyni şəkildə zərər verir, həmçinin, göbələyə yol açır. Yuyucu vasitələr bağırsaq xərçənginə və ağır ağciyər xəstəliklərinin yaranmasına yol açır.

Həmçinin qabyuyan maşın üçün istifadə edilən yuyucu vasitə də neft məhsuludur və xərçəngə səbəb ola bilər. Nə qədər yusaq da, qalıntılar qalır. Əgər sağlamlığınızı düşünürsünüzsə, yuyucu vasitələrlə yuduğunuz qabları daha sonra sirkə və limonlu su ilə silin.

Bu maddələrin bizə zərər vurduğu ən təhlükəli yer xalçadır. Xalça bütün kimyəvi maddələri özünə çəkir. Buna görə onların təmizliyinə xüsusi diqqət edin və qətiyyən yuyucu vasitə ilə təmizləməyin. Onu da həmçinin sirkəli su ilə silin.

Yuyucu vasitələrlə bağlı Ailem.az-a danışan həkim-kosmetoloq Günay Mikayılova deyir ki, qabyuyan və paltaryuyan vasitələrin hamısının dəriyə mənfi təsiri var: “Bu yuyucu vasitələrin hamısının tərkibi kimyəvi maddələrdən ibarətdir və onların məqsədi də paltarda, yaxud qablarda kirliliyi təmizləməkdir. Kirliliyi təmizləmək üçün həmin kimyəvi maddələrdə ya turşuları, ya qələviləri həll edirlər ki, bu da dəriyə zərər vurur. Dəridə lipid təbəqəni parçalayır, allergik reaksiyaların yaranmasına səbəb ola bilir. Ona görə də bu vasitələrdən istifadə edərkən qoruyucu əlcək taxılması məsləhətdir. Mən məsləhət görürəm ki, qoruyucu əlcəyin altından əllərə nəmləndirici, yaxud yağlı kremlər sürtsünlər. Onun üzərindən bu əlcəkləri taxsınlar”.

G. Mikayılova bildirir ki, artıq problem baş veribsə, əllər qaşınır, səpirsə, bunu qətiyyən ev şəraitində müalicə etmək olmaz. Mütləq həkimə müraciət etmək lazımdır: “Burada düzgün müalicə taktikası seçilməlidir. Əgər onlar özbaşına ev şəraitində müəyyən kremlərdən istifadə etməyə başlayacaqlarsa və bunu düzgün etməyəcəklərsə, bu hal daha da ağırlaşa bilər və həkimə müraciət etdikdə müalicə taktikasını seçmək çətin olacaq. Çünki dəri həmin dərmanlara öyrəşir və həkim istədiyi nəticəni əldə edə bilmir.  Buna görə də problem yaranarsa, ilk öncə həkimə müraciət etmək ən doğrusudur”.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri