Icma.az
close
up
RU
Qaç, Nəsimi, qaç, yoxa çıx, izin tozun qalmasın…

Qaç, Nəsimi, qaç, yoxa çıx, izin tozun qalmasın…

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir zamanların populyar televiziya siması Nəsimi Nəbizadə indi də populyardı. Amma necə? Yadıma bir şey düşdü. Şair dostumuz Həsən Kür intihara cəhd edərkən onun adını Feysbukun axtarış yerinə yazanda adının altında türkcə bu sözlər yazılmışdı: “Şimdi popüler”. Yəni indi populyar…

Nəsimi Nəbizadə də indi populyardır. Telejurnalist kimi yox, aludə, qaçaq sözləri ilə asossiasiya olunan anlayışlarla populyar. Nə etməli? Əlim qələm tutandan yaşdaşlarının, həmkarlarının onun haqqında giley-güzarını eşitmişəm. Qarşısını almaqsa, görünür, mümkün olmayıb. Narkotik aslılığı Nəsiminin səsini, təravətini, zehnini öləziləşdirsə də, indi daha deyinməyin mənası yoxdur. Təbii, heç kim sığortalanmayıb. Amma, ən azı, kaş belə olmazdı demək haqqımız var. Bu belə.

Son illər pis vərdişlərdən xilas olmaqla bağlı adını tez-tez eşitdiyimiz realibitasiya mərkəzləri barədə gəzən söz-söhbətləri eşidəndə bir anlıq düşünürəm: əgər, həqiqətən, kimsə sağalıb cəmiyyətə qayıda bilirsə, çox yaxşı. Belə adamlar da var. Amma yox, bu işlərin arxasında başqa şeylər dayanırsa, onda qorxmaq lazımdır. Bəziləri həmin mərkəzlərdə xüsusi işgəncələrdən danışır, bəhrə verməyən proseslərdən söhbət açır, bəziləri isə sözügedən yerlərin rəhbərlərinin narkotik  aludəçisi olduğu deyirlər. Hər halda, şübhə varsa, gərək o mərkəzlərə nəzarət sistemi yaradılsın və insanların təhlükəsizliyinə zəmanət verilsin. Yaxud həmin mərkəzlərdəki prosedurlara tibbi nəzarətin də zəruri olmadığını heç kim inkar edə bilməz.

Əsas sual: hüquq-mühafizə orqanlarının oradakı sistemdən xəbəri varmı? Nəzarət olunmurmu?

Digər düşündürücü məqam: həmin mərkəzlərin tibbi şəhadətnaməsi varmı? Səhiyyə ilə bağlı aidiyyəti qurumların tibbi gedişata nəzarəti təmin oluna bilərmi?

Yaxud dövlət tabeliyindəki realibitasiya mərkəzlərinin sayını artırıb, infrasturukturunu yüksək səviyyədə təmin edib bu kortəbii və peşəkarlıq səviyyəsi məlum olmayan mərkəzləri bağlamaqmı lazımdı? Bilmirəm... Bilirsiniz, niyə konkret söz demək mümkün deyil? Çünki əməl gözəldi, icraat müəmmalı. Hansısa pis vərdişi olan şəxsi yenidən həyata qaytarmaq yaxşıdı, amma necə və niyə? Bu sualların cavabını kim dürüst verə bilərsə, bu işlə məşğulluğuna bir söz demək olmaz...

Nəsimi Nəbizadənin qayıtmadığı “Qurtuluş” Realibitasiya Mərkəzinin Tiktok, reklam, canlı yayım, “ekranı tıklayın” canfəşanlığını da normal qəbul etmək lazımdır. Kim eləmir? Hamı bu dəqiqə marketinq xətrinə nə desən edir. Sadəcə adama pis təsir edən Nəsiminin, Ceyhun Əsgərovun bu reklamda bir obraza çevrilməyidir.

Nəsimi Nəbizadənin və “Qurtuluş”un addımlarını gündəmə xəbərə çevirmək... Nə qədər fikirləşirsən, bir yerə çıxa bilmirsən. Birincisi, Nəsimi Nəbizadənin onsuz da korlanan reputasiyasını bir az da baltalamaq ayıbdır. Bu adamı dilə-dişə salıb “qaçdı”, “itdi” sözləri ilə daha biabır edib yeri gəldi-gəlmədi paylaşmağa, “Nəsimiiiii qayıttt” çağırışları ilə car çəkməyə qətiyyən ehtiyac yoxdu.

İkincisi, niyə imkan vermirsiniz ki, insanlar təyinatı üzrə yaşasınlar və ölsünlər? Süni şəkildə insanların həyatını yönləndirmək istəyi, yumşaq desək, ədəbsizlikdi. Sosial şəbəkələrə girmək mümkün deyil. Allahın verən günü yığışıb gedirlər Nəsiminin qapısına. Alik Əlioğlu yaxşı yazmışdı: “Deyir, indi Nəsimi Nəbizadənin qardaşının evinin qarşısındayıq. Ekranı tıklayın. Mən ayıq başnan o adamların yanında 1 saat qala bilməzdim. Nəsimi, bacardığın qədər uzağa qaç”.

Azərbaycanda tanımadığımız nə qədər adam bu illətdən əziyyət çəkir. Əksəriyyətinin yaxın ətrafı həmin şəxsin mübarizəsinə kömək edir. Sonda yorulub dayananlar da olur. Nəsimi Nəbizadəyə də köməklik olub.

Əl-qərəz, imkan verin sakit yaşayaq. Kim istifadə edir, kim etmir, əlavə dərdi-sərdi.

Həyatımıza adı olmayan problemləri əlavə etməyin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Yanvar 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri