Icma.az
close
up
RU
Xankəndidə “Sağlamlığa doğru qaç”dılar FOTO

Xankəndidə “Sağlamlığa doğru qaç”dılar FOTO

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Atletika Federasiyası və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Xankəndi şəhərində səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaç” adlı layihənin final yarışı keçirilib. Əvvəlcə  Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, sağlam həyat tərzinə, idmanla məşğul olmağa çağıran bu layihədə yüzlərlə insan iştirak edib. 

Yarışdan əvvəl təşkil edilən tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov bildirib ki, lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğaldan azad olunmuş Xankəndi şəhərində bu gün belə bir tədbirin final mərhələsinin keçirilməsi, böyük qürurverici tarixi hadisədir. İştirakçılara uğurlar arzulayan  Sahib Məmmədov burada hər kəsin qalib olduğunu bildirdi.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə çıxışında Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illər ölkəmizdə səhiyyə sistemində aparılan islahatlar, onun idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr dəyişikliklərini vurğulaylb.Tədbirdə çıxış edən Səhiyyə naziinin müavini İlham Qasımov isə  qeyd edib ki, artıq bizim ölkədə də bu əlamətdar gün münasibətilə müxtəlif tədbirlərin keçirilməsi sevindirici haldır. 

Natiqlər diqqətə çatdırıb ki, 44 günlük vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində bölgələrdə yeni səhiyyə ocaqları inşa edilir. Prezident İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Bu il isə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub.

Həmçinin TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində, o cümlədən Xankəndi şəhərində yerləşən tibb müəssisəsində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

Qeyd edək ki, tibb işçilərinin peşə bayramı günündə,  Xankəndi şəhərinin Zəfər meydanından start götürən yarış, şəhərin girişində başa çatıb. 

Yürüş qalibləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında  Prezidentin xüsusi nümayəndəliyi və Səhiyyə nazirliyi tərəfindən mükafatlandırılıblar. 
Tədbirin bədii hissəsində isə  müxtəlif  ifalar səsləndirilib.

Qeyd edək ki, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan layihənin əsas məqsədi, fiziki sağlamlığın təşviqi, asudə vaxtın səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri