“Qaçqınkom” Azərbaycanda Ağdərə rayonunun olduğundan xəbərsizdir? Fotofakt
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) rəsmi veb-saytının – idp.gov.az ünvanının əsas səhifəsində yerləşdirilmiş interaktiv məlumatlar bölməsində səhvə yol verilib.
Yeniavaz.com xəbər verir ki, interaktiv məlumatlar bölməsindəki xəritə üzərində mövcud iqtisadi və inzibati rayonlar qeyd olunub.
Qeyd edək ki, bu hissədə “Qaçqınkom”un regional nümayəndəlikləri barədə məlumatlar yer alır.
Lakin “Qaçqınkom”un təqdim etdiyi və interaktiv məlumatların yer aldığı xəritədə Azərbaycan rayonlarından biri – Ağdərə rayonu göstərilməyib.

Xatırladaq ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu barədə “Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və Prezident İlham Əliyev tərəfindən 5 dekabr 2023-cü il tarixində təsdiqlənib.
Bundan sonra – 27 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti bu Qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Onu da qeyd edək ki, artıq rəsmi statistik göstəricilər arasında Ağdərə rayonu ilə bağlı məlumatlar da yer alır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur Fotofakt
29 May 2025 16:46
Ağdərə rayonunun Həsənriz kəndindən FOTOREPORTAJ
19 Mart 2025 17:45
Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib
18 Mart 2025 19:44
Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB
25 Mart 2025 00:38
Baxış sayı:44
Bu xəbər 04 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















