İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur Fotofakt
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmi veb saytının – “www.economy.gov.az”ın əsas səhifəsində yerləşdirilən interaktiv məlumatlar hissəsində səhvə yol verilib.
Yeniavaz.com xəbər verir ki, interaktiv məlumatlar hissəsində xəritə üzərində mövcud iqtisadi və inzibati rayonlar qeyd olunub.
Qeyd edək ki, bu hissədə hər bir şəhər və rayon üzrə ən vacib sosial-iqtisadi göstəricilər – ərazi, əhali sayı, sənaye, kənd təsərrüfatı istehsalı və bu cür məlumatlar yer alıb.
Lakin, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi interaktiv məlumatlar hissəsində Azərbaycan rayonlarından biri – Ağdərə yer almayıb.
Xatırladaq ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu barədə “Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və Prezident İlham Əliyev tərəfindən 5 dekabr 2023-cü il tarixində təsdiqlənib.
Bundan sonra – 27 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti bu Qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanı imzalayıb.
Onu da qeyd edək ki, artıq rəsmi statistik göstəricilər arasında Ağdərə rayonu ilə bağlı məlumatlar da yer alır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Qaçqınkom” Azərbaycanda Ağdərə rayonunun olduğundan xəbərsizdir? Fotofakt
04 Dekabr 2025 17:23
İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib
03 Fevral 2025 16:01
İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırıldı
03 Fevral 2025 16:30
İqtisadiyyat Nazirliyinin əməkdaşları uşaq sığınacağında olublar
31 May 2025 15:48
İqtisadiyyat Nazirliyinin Regional Bölmələrinin sayı artırıldı
25 Noyabr 2025 18:50
Baxış sayı:60
Bu xəbər 29 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















