Icma.az
close
up
RU
“Qaçqınkom”dan milyonluq köçürülmələr: “166 Global Logistics”lə 6 ayda 3 milyonluq anlaşma

“Qaçqınkom”dan milyonluq köçürülmələr: “166 Global Logistics”lə 6 ayda 3 milyonluq anlaşma

Icma.az bildirir, Tribuna portalına istinadən.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) növbəti tenderini yekunlaşıdırıb.

Tribunainfo.az xəbər verir ki, yeni müsabiqəyə əsasən keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi həyata keçiriləcək.

Məlumatda vurğulanır ki, tenderin qalibi “166 GLOBAL LOGİSTİCS” MMC olub. Şirkətlə 1 milyon 348 min 704 manat dəyərində müqavilə imzalanıb.

Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, “Qaçqınkom”la “166 GLOBAL LOGİSTİCS” arasında bu ilk anlaşma deyil. Son 6 ayda tərəflər daha iki belə tenderdə anlaşıblar.

Belə ki, bu ilin aprelində Ağdamın Xıdırlı kəndinə 719 və Ağdam şəhərinə 1268 məcburi köçkün ailələrinin köçürülməsi prosesi həyata keçirilib. Tərəflər 2000-ə yaxın insanın köçürülməsində 1 milyon 630 min 223 manata razılaşıblar.

Digər tenderdə isə Laçın şəhərinə 40, Qubadlı rayonunun Zilanlı kəndinə 193, Qubadlı rayonunun Mahruzlu kəndinə 190, Ağdərə rayonunun Həsənriz kəndinə 98, Tərtər rayonunun Umudlu kəndinə 116 və Xocavənd rayonunun Xocaoba kəndlərinə köçkünləri daşımaq nəzərədə tutulub. Bu zaman isə 638 min 875 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, “166 GLOBAL LOGİSTİCS” MMC 2012-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi isə İrina Səmədova Olegovnadır.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri