Icma.az
close
up
RU
Qadağa yaxınlaşır: düzgün qərardır, cəmiyyətimizin məhvə gedər

Qadağa yaxınlaşır: düzgün qərardır, cəmiyyətimizin məhvə gedər

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Bəzən deyirlər ki, qohum olanda insanlar boşanmır, qohumluqlarına görə ailələrin dağılmamasının tərəfdarı olurlar. Mən bu məsələ ilə razılaşmıram”. 

Bu sözləri Ölkə.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun fikrincə, qohum nikahlarından sonra boşanma baş verirsə, bu, sosial münasibətlərin kökünə təsir edir, münasibətlər pisləşir və qohumluq əlaqələri itir:

“Yəni əslində bu, həm qohum nikahdan birləşən ailənin dağılması, həm də qohumluq münasibətlərinin məhvi deməkdir. Dolayısı ilə bu da cəmiyyətdə sosial problemlərin təməlində özünü göstərəcək. Çünki biz elə bir cəmiyyətik ki, bizim təşəkkül tapmağımızda dostluq, qohumluq münasibətləri çox rol oynayır. 

Zənnimcə, qohum nikahlarının fiziki və psixoloji baxımdan sağlam nəsil yetişdirilməsi nöqteyi-nəzərindən qadağan olunması, eyni zamanda, sosial münasibətlərin sağlamlaşmasına da töhfə verə bilər.

Qohum elə qohum kimi qalacaq, Qohum nikahları yaranıb, sonra boşanıb o münasibətlər məhv olana qədər ümumiyyətlə, qohum nikahların baş tutmaması daha məqsədəuyğun olar. Həm gələcək nəsillərin sağlamlığı baxımından, həm də sosial münasibətlərin sağlam olması baxımından”.

Qeyd edək ki, Azərbaycanda qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur. Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb. Bəzi ekspertlər uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirir. 

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 May 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri