Qadağan edilən yerdə dayanan sürücü maşınları əks yola çıxardı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda qaydalara əməl etməyən sürücü maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 12-də, paytaxtın Ələsgər Ələkbərov küçəsində baş verib.
Belə ki, 50-FA-126 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü dayanma-durmanı qadağan edən nişanın təsiri sahəsində qəfildən dayanıb. Bu zaman arxadan gələn avtomobilin qarşısını kəsərək ona mane olub. Dayanmış avtomobillə bütöv xətt arasında 3 metrdən az məsafə olduğu üçün, görüntünü qeydə alan sürücü keçib getmək üçün əks yola çıxmağa məcbur olub.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid

Ötmənin qadağan olduğu yerdə əks yola çıxıb təhlükə yaradan sürücü cərimələndi ANBAAN VİDEO
03 Oktyabr 2025 18:29
Ötmənin qadağan olunduğu yerdə əks yola çıxıb qəzaya düşən gənc sürücü öldü VİDEO
29 Sentyabr 2025 21:01
Sağa baxmadan manevr edən sürücü Prius u vurub əks yola çıxardı VİDEO
05 Sentyabr 2025 10:13
Polisə güzgü atan yeniyetmə əks yola girib oyun çıxardı VİDEO
03 Mart 2025 14:32
Cərimədən yayınan sürücü qaş düzəltdiyi yerdə vurub göz çıxardı VİDEO
04 Noyabr 2024 19:10

