Ötmənin qadağan olduğu yerdə əks yola çıxıb təhlükə yaradan sürücü cərimələndi ANBAAN VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Qaradağ rayonunda sürücülərdən birinin qaydaları kobud şəkildə pozması digər sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az xəbər verir ki, rayonun Lökbatan qəsəbəsində, Bakı dairəvi yolun qəsəbədən keçən hissəsində 77-HN-302 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin qəfil və təhlükəli manevri qəza şəraiti yaradıb.
Sürücünün manevri nəticəsində həm avtobus sürücüsü, həm də digər nəqliyyat vasitələrinin sürücüləri hər iki tərəfi uçurum olan yolda çaşbaş qalıblar. Yaratdığı qəza şəraitini diqqətə almayan sürücü, bu azmış kimi, hərəkətinə də davam edib.
Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları artıq həmin avtomobilin sürücüsü Rüfət Quliyevi saxlayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən protokol tərtib edilib və sürücü 4 bal 150 manat məbləğində cərimə yazılıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 Oktyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















