Icma.az
close
up
RU
“Qadın Dəstək Xətti” 2024 cü il üzrə hesabatını açıqlayır

“Qadın Dəstək Xətti” 2024 cü il üzrə hesabatını açıqlayır

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azercell-in təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən xidmət 1500-dən çox qadına dəstək olub

“Qadın Dəstək Xətti” (QDX) 2024-cü il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. İl ərzində xidmətə ümumilikdə 1623 müraciət daxil olub. QDX çətin həyat şəraitində olan qadınların müraciətlərinə operativ şəkildə reaksiya verərək ilkin psixoloji yardım göstərib, ehtiyac olduqda qadınlarla fərdi görüşlər təşkil edib və ya sorğunun müvafiq qurumlara yönləndirilməsini təmin edib.

QDX-nin əsas məqsədi yardıma ehtiyacı olan qadınlara psixoloji, hüquqi, sosial və emosional dəstək göstərmək, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Xidmətə müraciət edən qadınların məlumatlarının məxfiliyi tam qorunur. Sorğu yalnız qadınların razılığı əsasında dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələrinə ötürülə bilər. Xidmət icma əsaslı hüquq klinikaları, reabilitasiya mərkəzləri, sığınacaqlar və hüquqi məsləhət verən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. “Qadın Dəstək Xətti”, həmçinin zorakılıq qurbanı olan qadınlar və onların övladlarına həm qısamüddətli, həm də uzunmüddətli dəstək göstərir.

Hesabat ilində daxil olan müraciətlərin təsnifatına əsasən zənglərin əksəriyyəti hüquqların qorunması (495), boşanma prosesi ilə bağlı çətinliklər (472) və məişət zorakılığı halları (304) ilə bağlı olub. Zənglərin digər hissəsi sosial-maddi rifah (267), sığınacaqla təmin olunma (43), səhiyyə hüququnun təmin edilməsi (42) mövzularını əhatə edib.

Xatırladaq ki, “Qadın Dəstək Xətti” 2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılıb. Xidmət lider mobil operator, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Xidmətin əlçatanlığını artırmaq məqsədilə “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, FacebookInstagram və TikTok səhifələri vasitəsilə xidmət göstərir.

“Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri