Icma.az
close
up
RU
“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirildi FOTOLAR

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirildi FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

25 noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində  “Qadın Dəstək Xətti”nin ispan dilində hazırlanmış təlimatının təqdimatı baş tutub.

"Unikal" xəbər verir ki, təşəbbüs “Azercell Telekom” MMC, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirə  dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də diplomatik korpus və beynəlxalq qurumların nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıblar.

Təqdimatda çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb: “Dəstək Xətti qadınların sosial rifahının artırılmasına, çətin vəziyyətdə olan qadınlara operativ dəstəyin göstərilməsinə xidmət edən mühüm sosial layihədir. Məqsədimiz bu an, bu dəqiqə yardıma ehtiyacı olan qadınlara təxirəsalınmaz və peşəkar dəstəyin təmin edilməsidir. Təlimatın ispan dilində nəşri xidmətin əlçatanlığını artıraraq daha geniş auditoriyaya çıxış imkanı yaradır və layihənin təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirir.” 

Daha sonra Şirin Əliyeva qonaqları Azercell-in Qadınlara qarşı Zorakılıqla Mübarizə Gününə həsr olunmuş “Oflayn Qadınlar” (https://www.youtube.com/watch?v=waahCx8YfXE) sosial videoçarxını birlikdə izləməyə dəvət edib. 

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero təmsil etdiyi ölkənin gender bərabərliyini təşviq edən çoxsaylı təşəbbüslərini qeyd edərək bu istiqamətdə milli və beynəlxalq səviyyədə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Səfir Viktoriya Romero sözügedən sahədə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu təlimat dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb. Məqsədimiz qadınların gücləndirilməsi, onların hüquqlarının qorunması və gender bərabərliyinin təşviq edilməsidir.”

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova isə öz növbəsində “Qadın Dəstək Xətti”nin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumatı təqdim edib.

Qeyd edək ki, “Qadın Dəstək Xətti” 2022-ci ildən etibarən “Azercell Telekom” MMC-in təşəbbüsü və tərəfdaşlığı ilə fəaliyyət göstərərək bugünədək 11.300-dən artıq qadına dəstək olub. Dəstək Xətti “Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur. Xidmətin əsas məqsədi qadınlara operativ və kompleks psixososial yardım göstərmək, onların reabilitasiyasını və cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Bu məqsədlə QDX icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Noyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri